PDF Oxu

Sosial

  • 1 126

Pirallahılılar Xocalı Soyqırımının 25-ci ildönümünü yad ediblər

Pirallahılılar Xocalı Soyqırımının 25-ci ildönümünü yad ediblər

Pirallahı rayon icra hakimiyyətində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı Soyqırımının 25-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında baş tutmuş tədbirdən öncə iştirakçılar foyedə təşkil olunmuş Xocalı Soyqırımına həsr edilən foto-stend, kitab sərgisi və Pirallahı rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyi üzvlərinin Xocalı Soyqırımını özündə əks etdirən rəsmləri malbertlər və stendlərdə nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Pirallahı rayon icra hakimiyyəti başçısı V.İmanov bildirib ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri Soyqrımı bütün insanlığa və bəşəriyyət qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Dünya səviyyəsində Xocalı Soyqırımı tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrlə bərabər tutulur.

Çıxış edən Şuşa rayon icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu və Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev çıxışlarında Xocalı Soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildiriblər. Qeyd ediblər ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovnistlərinin davamlı olaraq soyqırımı siyasətinə, etnik təmizləmə prinsiplərinə məruz qalmış, zaman-zaman öz tarixi torpaqlarından, məhz erməni qəsbkarları tərəfindən qovulmuş, qaçqın və məcburi köçkünə çevrilib.

Tədbirə Gənc Tamaşaçılar Teatrının hazırladığı, erməni vəhşiliyini, vandalizmini əks etdirən "Arzu və Murad" tamaşası nümayiş olunub. Tədbir başa çatdıqdan sonra Xocalıdan olan məcburi köçkün ailələrinə Pirallahı rayon icra hakimiyyəti tərəfindən maddi yardımlar təqdim edilib.

Samir

Digər xəbərlər