PDF Oxu

Sosial

  • 1 193

Ağcabədidə Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

Ağcabədidə Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib

Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatı rayon ərazisində yerləşən hərbi hissələrdə anım tədbirləri keçirilib.

N-saylı hərbi hissədə keçirilən tədbiri YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov açmış, Xocalı şəhidlərinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlütyü uğrunda şəhid olanların xatirəsi I dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə I qrup Qarabağ Müharibəsi əlili, Qarabağ Müharibəsi əlilləri, Ağcabədi Şəhid Ailələri İctimai Birliyinin sədri İsmayıl Məhərrəmov, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, N saylı hərbi hissənin əsgəri Taleh Əlizadə, yaradıcı ziyalılardan Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhsəti Musa, Azərbaycan Yazıçılar Birliyinin və "Ələk" Ədəbi Birliyinin üzvü Tahirə İsaqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Yusif Kamal, Azərbaycan yazıçılar Birliyinin üzvü, şair Zahid Eloğlu çıxış etmiş, eyni zamanda, Xocalıya həsr etmiş şeirlərini oxuyublar.

Tədbirdə Ağcabədi şəhər 5 saylı uşaq bağcasının uşaqları ədəbi-bədii kompozisiya ilə, Hindarx qəsəbə sakini, keçmiş döyüşçü Xəyyam Həziyevin rəhbərlik etdiyi hərbi-idman klubunun üzvləri hazırladıqları hərbi-idman və döyüş səhnələrini əks etdirən proqramla çıxış ediblər.

Tədbirin sonunda Xocalı Soyqırımına həsr olunmuş film nümayiş etdirilib.

Yekun olaraq hərbi hissənin şəxsi heyət üzrə komandir müavini kapitan Fərid Tahirov çıxış edərək, keçirilən tədbirə görə qonaqlara öz təşəkkürünü bildirib.

ZÜMRÜD

Digər xəbərlər