PDF Oxu

Sosial

  • 1 531

YAP Qaradağ rayon təşkilatı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağları davam edir

YAP Qaradağ rayon təşkilatı ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağları davam edir

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının XI konfransının keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir. Bu məqsədlə rayon təşkilatı Qazanbarlarının İstismarı İdarəsi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İlk partiya təşkilatının sədri Firuddin Babayev hesabat məruzəsi ilə çıxış edib.

Yığıncaqda YAP Qaradağ rayon təşkilatının məsul işçiləri Ramiz Yusubov, Hacı İbrahimov, Qazanbarlarının İsdismarı İdarəsinın rəisi Rövşən Qarayev və digərləri çıxış edərək partiya təşkilatının hesabatını qənaətbəxş qiymətləndiriblər.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Ərazi ilk partiya təşkilatının sədri, sədr müavinləri, idarə heyətinin üzvləri və YAP Qaradağ rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

R.HÜSEYNOVA

Digər xəbərlər