PDF Oxu

Sosial

  • 2 682

Badamdarda böyük Novruz xonçası hazırlanıb

Badamdarda böyük Novruz xonçası hazırlanıb

Xalqımızın ən əziz bayramı olan Novruz münasibəti ilə Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində rayonun günbəgün böyüyən və inkişaf edən Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə qəsəbə sakinləri, çoxsaylı qonaqların və qəsəbədəki hərbi hissənin əsgərlərinin iştirakı ilə böyük bayram şənliyi təşkil olunubdur. Bayramsayğı bəzədilmiş parkda müxtəlif Novruz atributları, böyük səməni qurulmuş, parkda yeni güllər əkilibdir.

Novruzun əsas atributlarından sayılan Kosa, Keçəl, Bahar qızı, Dədə Qorqud, milli geyimli uşaqlar "Cəngi" sədaları altında sakinləri və qonaqları qarşılayıblar. Ulu Dədə Qorqudun xeyir-duası ilə cəngavər bayram tonqalını alovlandırılıb.

Sonra Badamdar Mədəniyyət evinin, rayonun musiqi məktəblərinin kollektivlərinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə ədəbi-bədii bayram proqramı nümayiş etdirilib,.

Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, həmiçinin Bakıya səfərə gəlmiş Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun Burmistri Tomaş Kuxarski və onun müavini Mixal Veremeycik, digər qonaqlar bayram tədbirində iştirak edib. Sonra Badamdarın böyük bayram xonçası sakinlərə təqdim olunubdur.

E.Əzizov ağsaqqallar, veteranlar, qəsəbə sakinləri ilə görüşərək, onların Novruz bayramını təbrik edib. Rayon rəhbəri bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və dünya dövlətlərində baş verən iqtisadi-siyasi böhranlara bağmayaraq Azərbaycan öz inkişafını davam etdirir.

Sonra Novruz xonçasındakı şirniyyatlar sakinlərə və hərbi hissənin əsgərlərinə paylanmış, eyni zamanda qəsəbənin ictimai-iaşə obyektləri tərəfindən 30-dan çox qoyun kəsilib, milli yeməklər sakinlərə pulsuz təqdim olunubdur.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər