Şahzadə Uilyama sui-qəsd olundu, məqsəd nədir?
Dünyada dövlət xadimlərinə qarşı sui-qəsdlər müharibələrin başlanması üçün səbəb, bir çox hallarda isə bəhanə rolunu oyanmışdı. 1914-cü il iyun ayının 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın serbiyalı Qavriol Prinsip tərəfindən öldürülməsi Birinci Dünya müharibəsinin başlanması üçün bəhanə oldu. I Dünya müharibəsi zamanı 10 milyon insan ölmüş, 20 milyondan artıq isə yaralanmışdı. Bu müharibənin də, digər müharibələr kimi, bütün ağırlığı zəhmətkeş kütlənin üzərinə düşmüşdü. 1945-ci il sentyabrın 2-də başa çatan II Dünya müharibəsində də 10 milyonlarla insan öldü, döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi, müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoydu. Bax, müharibə budur! Müharibəni başladanlar da onu sona yetirirlər, ta ki arzuları real olana qədər.
Bu gün də Qərb dünyası olduqca təhlükəli, bütün bəşəriyyətə qırğın, müsibət vəd edən oyunlarla dünya üzərində növbəti "ağalıq planı"nı həyata keçirməkdədir. Ən xırda intriqa, kiçik insident belə böyük müharibələrə səbəb ola bilər. İki gün əvvəl İngiltərə kral ailəsinin üzvü Şahzadə Uilyamın vertolyotunun pilotsuz uçan aparatla toqquşmasına cəmi yarım saniyə vaxt amili mane oldu. İngiltərənin "Daily Mail" qəzeti yazır ki, şahzadəyə məxsus olan vertolyot 600 metr yüksəklikdə olarkən pilotsuz uçan aparatla toqquşacaqmış. Lakin vertolyotu idarə edən pilotun bacarığı ağır qəzanın qarşısını alıb. Cəmi yarım saniyəlik zaman müddəti pilotun qəzaya mane olmasına yetərli olub. Şahzadə Uilyam, şəxsi vertolyotunda olmasa da, bu fakt sui-qəsd kimi qiymətləndirilib və aidiyyatlı xidmət orqanları hadisəni araşdırırlar. Mütəxəssislərin ilkin rəyinə görə, pilotsuz hərbi təyyarə vertolyotu tamamilə məhv edəcək, ən azından havada qalmasına mane olacaq gücdə olub. Bu səbəbdən də, şahzadə orada olsa idi, böyük ehtimalla həlak olacaqdı.
Nəzər alsaq ki, krallıq rejiminin saxlandığı ölkələrdəki şahzadə və kraliçalardan hər hansının ölümündən böyük münaqişələrin, müharibələrin başlanğıcı üçün əsas element kimi istifadə olunub, o zaman bu sıradan hadisə deyil. Lakin burada diqqət olunası əsas məqam İngiltərənin planlarıdır. İngiltərə dünyada və regionda nə etmək istəyir? Dünya düzəmində bu dövlətin maraqları nədən ibarətdir? Görəsən, bu maraqları yerinə yetirmək üçün İngiltərəyə şahzadənin ölümü bəhanə kimi lazımdır, yoxsa yox!? Bu hadisə, xüsusilə Polşa, Afrika dövlətləri və Şərq dövlətləri ilə bağlı ən incə, həssas maraqlar üzərində qurulub, yoxsa yox!? Bu arada Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılmaq istəməsinin ortaya atılması da belə bir məqamda diqqət çəkir.
Son illərdə dünyada baş verən hadisələr, informasiya müharibələri spesifik xarakteri ilə seçilir. Bu gün "soyuq müharibə"nin daha təhlükəli və ciddi tərəfləri özünü büruzə verməkdədir. Dövlətlərarası təxribatlardakı mobillik daha təhlükəlidir. Rusiyanın səfirinin Türkiyədə öldürülməsi, bundan öncə, rus təyyarəsinin türklər tərəfindən vurulması, Almaniya, Fransa və Hollandiyada islamafobiyanın pik həddə çatması, inanclı insanlarla bağlı yersiz qadağaların qoyulması, müsəlman-türk liderlər, dövlərlər haqqında provokasion, qərəzli hesabatların yayılması sıradan olaylar deyil. Bütün bunlar, onu deməyə əsas verir ki, Qərbin növbəti imperialist planları bu dəfə daha çox müsəlman-türk ölkələri üzərində təxribat törətməklə həyata keçirilməyə hesablanıb. Lakin artıq əvvəlki dövr də deyil. Türk-müsəlman dövlətlərində, xüsusilə də, Türkiyədə baş verən olaylar, bir daha sübut edir ki, hər şey Qərbin planları üzrə getmir, baş tutmur, türkləri sarsıtmaq mümkün deyildir. Deməli, daha təhlükəli təxribatlara hazır olmaq lazımdır!
Samir