PDF Oxu

Sosial

  • 1 554

Ağdaban soyqırımından 25 il ötür

Ağdaban soyqırımından 25 il ötür

Bu gün Qarabağ savaşının ən dəhşətli faciələrindən biri olan Ağdaban soyqırımından 25 il ötür. 1992-ci ilin aprel ayının 8-də baş verən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Azərbaycanın gözəl guşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımdır. Ağdaban soyqırımı zamanı bütöv bir kənd tamamilə yandırılmış, yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilmiş, yurdundan didərgin salınmışdır.

Faciə baş verən zaman səhərə yaxın erməni quldurları Ağdaban yalında keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub, səhər saat 6-da silahlarla nərilti qoparmağa başlayıblar. Qəfil yuxudan oyanan kənd camaatı özünü itirib. Erməni qarətçiləri planlı surətdə hərəkət ediblər. Belə bir vəziyyətdə aprelin 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşirin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum ediblər. Erməni quldurları tərəfindən kənd sakinləri amansızcasına öldürülüb, kənd evlərinin əksəriyyəti yandırılıb və qarət edilib. Aşıq Şəmşirin evi və zəngin arxivi od vurularaq, külə döndərilib. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsini açıb.

Faciə zamanı 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.

İstər hərb qanunlarına, istərsə də bütün dünyada qəbul olunmuş insan hüquq və azadlıqlarına sığmayacaq səviyyədə soyqırımına "imza atan" erməni qəsbkarları qırğın zamanı Kəlbəcər rayonunun bu dilbər guşəsində, eyni zamanda, bütün tarixi abidələri, qaynaqları da məhv ediblər.

Ağdaban qırğınının səhəri günü - aprel ayının 9-da camaat hər yerdən gəlib rayon mərkəzinə toplaşıb. Xalqın iradəsiylə Kəlbəcərin məqsədi ilə müdafiəsinə fövqəladə yardım komitəsi" yaradıldı. Komitə qısa müddət ərzində böyük tədbirlər həyata keçirib. Orduya kömək xeyli artırılıb. Əhalidə müdafiə olunacağına ümid yaranıb. Rayon əhalisinin ciddi təkidi ilə Kəlbəcərə göndərilən polkovnik Zaur Rzayev briqada komandiri və hərbi komendant təyin edilib. Bu tədbirlər camaatın qırılmaqda olan inamını xeyli möhkəmləndirib.

Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərini talamışdır.

Onu da qeyd edək ki, 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdabandan başlayıb. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranəyə döndəriblər.

ZÜMRÜD

Digər xəbərlər