PDF Oxu

Sosial

  • 1 869

Səbail rayonunda iməcilik keçirilib

Səbail rayonunda iməcilik keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində Səbail rayon icra hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçən əsrin 70-ci illərində Ulu Öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış "Dostluq Parkı"nın ərazisində və buradaki Veloparkda rayonun idarə və təşkilatları, təsərrüfat xidmətlərinin, ali və orta təhsil müəssisələrinin kollektivlərinin, YAP Səbail rayon təşkilatının çoxsaylı nümayəndələrinin, ümumilikdə 1000 nəfərdən çox insanın iştirakı ilə böyük iməcilik keçirilib. Sbail RİH-dən qəzetimizə daxil olan məlumata görə, iməcilikdə, həmçinin, bir sıra ictimai birlik və qurumların, gənclər təşkilatlarının, şirkətlərin və digər qurumların nümayəndələri də iştrak ediblər. Belə ki, iməcilik parkın bütün ərazisini əhatə edib. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsilə daşınıb.

İməcilikdə iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Vergilər nazirinin müavini Sahib Ələkbərov, Milli Məclisin deputatları və digər nümayəndələr həmin gün parkın ərazisində 1000-dən çox yeni ağac, əsas etibarilə Eldar şamı və zeytun, velosiped yollarının kənarlarında dekorativ kollar əkiblər və onların suvarılma məsələlərinə xüsusi diqqət yetirilib. Ağacların gələcək inkişafının təmini üçün bura damcı üsuslu ilə suvarılma xətləri çəkilib.

Milli musiqi ifaçılarının müşayət etdiyi bayram əhval-ruhiyyəsi ilə keçirilən iməcilikdə rayonun təsərrüfat xidmətlərinin, Dövlət Pedaqoji və İqtisad universitetlərinin və orta təhsil müəssisələrinin kollektivləri xüsusi ilə fərqləniblər.

"Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gunu ərəfəsində onun yaratdığı "Dostluq Parkı"nda keçirilən iməcilik, parkda əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin, rayon ictimaiyyətinin Ulu Öndərimizin xatirəsinin yad olunmasına bir töhfə olmuşdur"-deyə məlumatda vurğulanır.

Rövşən RƏSULOV

Digər xəbərlər