Ağcabədi rayonunda YAP Ağcabədi rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə kampaniyası 2014-cü ildə YAP Ağcabədi rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə 98 ilk təşkilatının hər birinin 91 həmişəyaşıl ağac əkmək və həmin təşəbbüsü Ulu Öndərin anadan olmasının 100 illiyinə qədər davam etdirilməsi barədə irəli sürülmüş təşəbbüs çərçivəsində həyata keçirilib. Təşəbbüs çərçivəsində 2014-cü ildə 8918, 2015-ci ildə 9016, 2016-cı ildə 9114 həmişəyaşıl ağac Ağcabədi şəhərinin küçə və meydanlarında, parklarda və magistral yolların kənarlarında əkilmişdir.
Aprel ayının əvvəllərindən başlayaraq, YAP Ağcabədi rayon təşkilatının ilk ərazi təşkilatları həmin təşəbbüs çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə həmişəyaşıl ağacəkmə kampaniyasına başlamış və artıq 4000 dən artıq ağac əkilmişdir.
Aprel ayının 8-də Ağcabədi-Zərdab magistral yolunun kənarındakı yaşıllıq zolağında 18 ilk təşkilat iməciliyə çıxaraq, 1700-ə yaxın həmişəyaşıl ağac əkmişdir. Əkilən ağacların dibinə dayaqlar bastırılmış, iplə bağlanmış və suvarılmışdır.
May ayının 10-dək ağacəkmə kampaniyası davam etdirilərək 9000-dən artıq həmişəyaşıl ağac əkiləcəkdir.
ZÜMRÜD