Zaman-zaman müxtəlif ölkələrin, xüsusilə də, türk-müsəlman dövlətlərinin daxili işlərinə müdaxilə etməklə özünü "demokratiya" çarçısı kimi təqdim etməyə çalışan və ermənipərəst mövqeyi ilə tanınan Fransada keçirilən prezident seçkilərinin birinci turundan sonra etirazçılara qarşı əsl divan tutulub.
Belə ki, Fransanın paytaxtı Parisdə birinci tur prezident seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra baş verən etirazlarda polis tərəfindən 143 nəfər həbs edilib. Nümayişçilərlə polislər arasında baş verən toqquşmalarda 9 nəfər xəsarət alıb. Onlardan 6-sı polis, 3-ü mülki şəxsdir. Hazırda saxlanılanların 29-u polis nəzəratindədir. Polislər etirazçılara qarşı müxtəlif rezin güllələrdən istifadə ediblər, insanlara ölümcül xəsarətlər yetiriblər. Aksiya iştirakçıları da, öz növbəsində, bankların və polis avtomobillərinin şüşələrini sındırıblar. Etirazçılar, həmçinin, asayiş keşikçilərinə şüşə qablar atıblar. Bastiliya meydanından başlanan etirazlar səbəbindən küçələr bağlanıb. Polis əvvəldən axıra kimi nümayişçilərə qarşı gözyaşardıcı qazdan, dəyənək, gurultulu və tüstüburaxan şaşkadan istifadə edib.
Maraqlıdır, müsəlman ölkələrində xaos yaratmaq istəyən, ictimai asayişi kobud şəkildə pozan, dövləti cinayətlər törədən şəxslər həbs ediləndən sonra Fransa dövləti qondarma hesabatlar hazırlayaraq, həmin şəxslərə azadlıq tələb edirlər. Bəs Fransa dövləti nə üçün öz vətəndaşlarına divan tutur? İnsan hüquq və azadlıqlarının "qorunması" üçün gecə-gündüz çağırışlar edən, saxta iddialarla çıxış edən Fransa həm də islamofobiyanın ən çox vüsət aldığı ölkələrdəndir. Hətta prezidentliyə namizədlərin də islam dininə qarşı aqressiyası müşahidə olunur. Bundan başqa, prezidentliyə namizədlər bir nüçə gün bundan öncə erməni seçicilərin səsini qazanmaq üçün "Qarabağ Ermənistana birləşdirilməlidir" kimi sərsəm iddialar da səsləndirdilər.
Samir