PDF Oxu

Sosial

  • 1 400

Azərbaycanlı deputat AŞPA-da erməniləri ifşa etdi

Azərbaycanlı deputat AŞPA-da erməniləri ifşa etdi

"Ermənistan rəhbərliyi bu danılmaz qırğına görə məsuliyyət daşıyır"

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının ilk günündə sərbəst müzakirələr zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov çıxış edib. O, fevralın 26-da Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi soyqırımının 25 illiyinin yad edildiyini xatırladaraq, bəşəriyyətə və insanlığa qarşı törədilmiş bu cinayətin qurbanlarının xatirəsini anmağa çağırıb. V.Hüseynov Xocalı Soyqırımı zamanı qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, 613 insanın qətlə yetirildiyini, 487 şəxsin ağır yaralandığını və 1275 insanın əsir və girov götürüldüyünü, işgəncələrə məruz qaldığını, 197 nəfərin taleyindən hələ də xəbər olmadığını bildirib. Bu insanların ailə üzvlərinin də həmin soyqırımının qurbanları olduğu vurğulanıb: "Düşünürəm ki, bəşəriyyətə, insanlığa qarşı belə cinayətlər cəzasız qaldıqca, ədalət bərpa edilmədikcə, bizim hər birimiz belə cinayətlərin qurbanı ola bilərik".

V.Hüseynov onu da bildirib ki, bu, Avropa Şurasına üzv olan dövlətin prezidentinin sözləridir. Ermənistan özünü qurban kimi göstərir, amma dünya Azərbaycanın işğal olunmuş ərazilərində törədilən cinayətlərin əsl mahiyyətini bilməlidir. Gələcəkdə belə oxşar faciələrin qarşısının alınması üçün onlardan danışılmalı və ədalət bərpa edilməlidir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdirilməsi regionda sülhə böyük təhlükədir. Azərbaycan sülhü dəstəkləyir və bu münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Ancaq sülh vasitəsilə həll yoluna Ermənistan hakimiyyətinin münasibətinə nəzər salaq. Bu yaxınlarda hər iki ölkənin vətəndaş cəmiyyətinin fəallarının irəli sürdüyü "Ermənistan-Azərbaycan Sülh Platforması" adlanan sülh təşəbbüsünü vurğulamaq yerinə düşər. Bu platforma münaqişə başlayandan irəli sürülmüş ilk sülh təşəbbüsüdür. Ermənistanda fəaliyyət göstərən bir çox insan hüquqları müdafiəçiləri bu istiqamətdə keçirilən konfranslara və bu kampaniyanın genişləndirilməsinin təşviqinə qoşulublar. Vətəndaş cəmiyyətinin bu sülh təşəbbüsü də Ermənistan tərəfindən təzyiqə məruz qalıb".

Milli Məclisin deputatı çıxışının əvvəlinə qayıdaraq, parlamentariləri Xocalı Soyqırımının qurbanlarının xatirəsini yad etməyə çağırıb, ədalətin qalib gələcəyinə ümid etdiyini bildirib.

Samir

Digər xəbərlər