PDF Oxu

Sosial

  • 1 384

Dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır

Dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.

14.04.2017-ci il tarixdə dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq, Azərbaycanda gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı - 22.10.1989-cu il təvəllüdlü Xələfov Qəmin Ayvaz oğlu saxlanılmışdır. Q.A.Xələfovun gizləndiyi Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatının inzibati binasına keçirilmiş baxış zamanı ona məxsus 1 ədəd PM markalı tapança, 1 ədəd daraq və 2 ədəd 9 mm-lik patron aşkar olunaraq, götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rövşən

Digər xəbərlər