Bu mövzuda YAP Xaçmaz rayon təşkilatı Nərəcan ərazi ilk partiya təşkilatı Nərəcan kənd kitabxanası ilə birgə tədbir keçirib
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı Nərəcan ərazi ilk partiya təşkilatı Nərəcan kənd kitabxanası ilə birgə Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev irsini öyrənirik" mövzusunda tədbir keçirib. Tədbirdə Yeni Azərbaycan Partiyası ərazi təşkilatının idarə heyətinin üzvü, Nərəcan kənd kitabxanasının müdiri, Günay Şərifova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verərək, bildirib ki, bu gün Azərbaycanın inkişaf və tərəqqisinin təməlində, məhz Onun ölməz ideyaları dayanır və bu gün Ulu Öndərimizin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev həmin ideyaların reallaşdırılması istiqamətində yorulmadan, əzmlə və qətiyyətlə fəaliyyət göstərməkdədir.
Tədbirdə Telman Təravət, Adıgözəl Vəlibinəli, Nərmin Dadaşova, Lumu Ələsgərova, Sədaqət Cəbiyeva, Mehriban Qədirova, Gülnar Məmmədova, Bahar Xəlilova, Ramilə Aslanova, Mina Ələsgərova və Hürü Məmmədova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş şeirlərlə çıxış ediblər.
RƏFİQƏ