Qondarma hüquq müdafiəçisi Xədicə İsmayılın "Əl-Cəzirə" TV-nin ingilisdilli saytında Azərbaycan dövləti və xalqı əleyhinə yerləşdirdiyi məqaləsinə tanınmış jurnalist Azər Həsrətin sərt məqalə ilə cavab verməsi erməni yazarlarını da hərəkətə gətirib. Eni Vandaryan adlı erməni yazarı və içtimai fəalı Azər Həsrəti kəskin tənqid edib və X.İsmayılı haqlı çıxartmağa çalışıb. Sözhbət etdiyimiz müsahiblərimiz X.İsmayılın erməni yazarları tərəfindən müdafiə olunmasınında təəccüblü məqam axtarmağın mənasız olduğunu bildirdilər.
"Diqqət yetirsəniz görərsiniz ki, nə Xədicə, nə də ona dəstək verən ermənilər Azər Həsrətin qaldırdığı suallara toxunmurlar"
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli:
- Azərbaycanın haqlı mövqeyini müdafiə edən, ölkəmizin haqq səsini dünyaya çatdıran şəxsin və ya şəxslərin hücuma, şər kampaniyasına məruz qalması halı ilk dəfə deyil. Proses uzun illərdir ki, davam edir, Azərbaycanın elementar bir uğuru olan kimi, "şər şəbəkəsi" dərhal hücuma keçir, bu uğuru gözdən salmağa çalışır. Səsini çıxarmaq istəyənləri, milli maraqları müdafiə etmək istəyənləri də dərhal hədəfə alırlar, şərləyirlər, böhtan atırlar, təhqir edirlər ki, ya adam qorxub mövqeyindən geri çəkilsin, ya da dediyi sözün dəyəri qalmasın. Erməni diasporu və lobbisi tərəfindən idarə olunan bu şəbəkənin tərkibi təkcə ermənilərdən ibarət deyil. Sıralarında müxtəlif millətlərin təmsilçiləri, o cümlədən, "erməniləşmiş azərbaycanlılar" da var. Azərbaycanlı adı və soyadı daşımala deyil ki! Hərəkətləri, davranışları və əməlləri birbaşa erməni siyasətinə xidmət edir. Bunlar müxtəlif təşkilatlarda şəbəkələşiblər. Təşkilatların adları müxtəlifdir, bəziləri milli, bəziləri beynəlxalq statusludurlar. Şəbəkənin tərkibi və istifadə etdiyi metodlar uzun illər qapalı qalsa da, indi aşkara çıxıb, ifşa və isbat olunub. İnternetin inkişafı şərait yaradıb ki, ayrı-ayrı şəxslər və təşkilatlar adından verilən bəyanatlar, çıxışlar, hesabatlar toplanılsın, müqayisə olunsun və nəticə çıxarılsın. Uzun illər ya texniki imkansızlıqdan, ya da digər səbəblərdən Azərbaycan tərəfdən bu məsələlərə lazımi reaksiya verilməyib. Belə yanaşma erməni yandaşlarını həvəsləndirib. Amma indi durum dəyişib. Artıq ermənilərin və onların yandaşlarının bütün əməllərinə layiqli cavab verilir, baş verənlərin mahiyyəti ictimaiyyətə düzgün çatdırılır. Erməni lobbisini və yandaşlarını qıcıqlandıran da budur. Azər Həsrətin Əl-Cəzirədə yayımladığı yazıya verilən reaksiylar da prosesin tərkib hissəsidir. Diqqət yetirsəniz, Azər Həsrət yazısında kimsəni təhqir etməyib, sadəcə, Azərbaycanın qazandığı uğurlardan bir qismini sadalayıb və bu uğurları kölgəyə almaq istəyənlərə sual verib ki, belə davranmaqda məqsədiniz nədir? Azərin Həsrətin məqaləsinə və məqalədə qaldırılan suallara verilən reaksiyalar, şərhlər isə tamamilə fərqli ruhdadır. Diqqət yetirsəniz görərsiniz ki, nə Xədicə, nə də ona dəstək verən ermənilər Azər Həsrətin qaldırdığı suallara toxunmurlar. Onu gah "hakimiyyətə işləməkdə", gah "beynəlxalq təşkilatları aldatmaqda", gah da digər məsələlərdə ittiham edirlər. Maraq doğurur, onlar Azrin suallarına niyə cavab vermək istəmirlər. Təbii ki, cavabları yoxdur. Ona görə də köhnə taktikadan istifadə edirlər, yalnız şər atmağa, təhqir etməyə, adamı gözdən salmağa çalırlar. Yəqin ənənələrinə sadiq qalıb danoslar hazırlayacalar, beynəlxalq təşkilatlara da göndərəcəklər. Amma unudurlar ki, artıq bu taktikanın dövrü keçib. Azərbaycan güclü mövqeyi olan, öz haqqını müdafiə etməyi bacaran bir ölkəyə çevrilib. Azərbaycanın güclü hakimiyyəti, milli vətəndaş cəmiyyəti institutları, təəssübkeş əhalisi var. Xırda maxinasiyalarla, köhnə metodlardan istifadə etməklə, Azərbaycanı sarsıtmaq mümkün deyil.
"Yazı dərc ediləndən yarım saat sonra bu erməni çetesi məni aşağılayan paylaşımlar etdi"
Siyasi şərhçi Azər Həsrət:
- Erməni yazarlarının X.İsmayılı müdafiə edən məqalələrlə çıxış etmələrindən təəccüblənmədim. Çünki Xədicənin yazılarını ermənilər göydə qapıb həvəslə tirajlayırlar. Bu da səbəbsiz deyil. Çünki o yazılar, bir qayda olaraq, Azərbaycana qarşı olduğu üçün ermənilərin işinə yarayır. Amma çox zaman bizim həmin yazılara reaksiya verməməyimiz Xədicəni və onun fanatı olan erməniləri həvəsləndirir. Bu dəfə isə, biz imkanlarımızdan istifadə edib, onun "Əl-Cəzirədə" yayımladığı yalanlara tutarlı faktlarla cavab verdik. Bunu həzm edə bilməyən Xədicənin bir işarəsilə ermənilər dərhal hərəkətə keçdilər. Yazı dərc ediləndən yarım saat sonra bu erməni çetesi məni aşağılayan paylaşımlar etdi. Anlaşılan, bu yazı onları o qədər qəzəbləndirib ki, artıq dözə bilməyib açıq işbirliyi içində olduqlarını faş ediblər. Necə deyərlər, su axar, çuxurunu tapar.
"Xədicə İsmayıl artıq tam şəkildə erməni xüsusi xidmət orqanlarının nəzarətindədir"
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov:
- Xədicə İsmayılın Azərbaycana qarşı qərəzi münasibəti ilk hadisə deyil. Demək olar ki, hər zaman X. İsmayıl neqativ və xalqımıza qarşı düşmən mövqeyin də durub. X.İsmayılın, məhz erməni mənbələrinə xidmət etməsi faktı dəfələrlə səslənib və faktlarla sübuta yetirilib. Eni Vandaryan adlı erməni yazarının X.İsmayılı müdafiə etməsi bu faktın bir daha təsdiqlənməsidir. X.İsmayıl zaman-zaman Azərbaycan hökumətinə və xalqına qarşı təhqiramiz, həqiqətə uyğun olmayan ifadələr işlədib, Azərbaycan xalqını aşağlamağa çalışıb. X.İsmayıl, məhz ermənilər üçün əlverişli olan məqamlarda bu cür təxribatçı məqələlər yazaraq yayır. Bu da, onu göstərir ki, X.İsmayıl artıq tam şəkildə erməni xüsusi xidmət orqanlarının nəzarətindədir. Məhz onların diktəsi ilə müxtəlif səpkili yazılar dərc edərək, ölkəmizə qarşı təxribatla məşğul olur. Azər Həsrət ölkəmizin ən tanınmış jurnalisti biridir. A.Həsrət özünü dövlətçilik və milli maraqlara sadiqliyi ilə hər zaman seçilib. Yəni A.Həsrət xalqımızın mənafeyini milli maraqlarımıza uyğun formada qorumaq istiqamətdə istər ölkə daxilində, istərsə də ölkə xaricində çox səmərəli fəaliyyət göstərir. Erməni yazarlarının X.İsmayılı müdafiə etməsi isə bizim üçün təəccüblü deyil. Bu iş birliyinin növbəti hissəsidir.
GÜLYANƏ