PDF Oxu

Sosial

  • 2 911

İslamın yad təsirlərdən qorunmasının, dini radikalizmə qarşı mübarizədə hər kəs yaxından iştirak edir

İslamın yad təsirlərdən qorunmasının, dini radikalizmə qarşı mübarizədə hər kəs yaxından iştirak edir

Şəmkirdə "İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə" mövzusunda regional konfrans keçirilib

Dünən "İslam Həmrəyliyi İli" çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəmkir rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Heydər Əliyev Mərkəzində regional konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev dinə dövlət qayğısından danışıb. F.Vəliyev Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirib.

Rayondakı sabit dini durum barədə məlumat verən Şəmkir rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev məruzəsində islamın yad təsirlərdən qorunmasının, dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən də danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizin müxtəlif regionlarında konfransların keçirilməsinin əsas məqsədinin cəmiyyətin, xüsusilə də, gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin əsas prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması olduğunu bildirib.

Çıxışında bu ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunmasına diqqət çəkən sədr müavini qeyd edib ki, bu çağırış irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, insanları birliyə səsləyir. İslam həmrəyliyi bilikli, savadlı insanların, həm də elmin və təhsilin birliyidir.

Sonra məruzələr ətrafında müzakirələr aparılıb.

RƏFİQƏ

Digər xəbərlər