YAP Zaqatala rayon təşkilatı IX konfransını keçirdi
Mayın 27-da Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının IX konfransı keçirilib. Tədbir iştirakçıları öncə Zaqatala rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub və gül dəstələri düzüblər.
YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov hesabat məruzəsi ilə çıxış edərək, partiyanın yaranması tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib.
Konfransda məruzə ətrafında çıxış edənlər bildirliblər ki, YAP bundan sonra da ölkəmizn sosial-iqtisadi inkişafı və onun beynəlxalq aləmdə nüfuzunun daha da artması istiqamətində fəaliyyətini davam etdirəcək. YAP Zaqatala rayon təşkilatı Ulu Öndərin zəngin idaeyalarını daim rəhbər tutaraq, bundan sonra da üzərlərinə düşən işin öhdəsindən şərəflə gələcək, ölkəmizin xoş sabahı, xalqımızın firəvan həyatı naminə bütün səy və bacarıqlarını əsirgəməyəcək.
Konfransda YAP Siyasi Şurasının üzvü Milli Məclisin deputatı Aydın Mirzəzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək, partiyanın tarixi yolu və əhəmiyyəti, eləcə də, yürüdülən uğurlu dövlət siyasətindən bəhs ediblər.
Həmçinin, çıxış edənlər YAP Zaqatala rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Habil Qurbanov yenidən YAP Zaqatala rayon təşkilatının sədri seçilib.
Afət TAHİRQIZI