PDF Oxu

Sosial

  • 3 883

Səbail rayonunda növbəti iməclik keçirilib

Səbail rayonunda növbəti iməclik keçirilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, Ulu Öndərin şəxsi təşəbbüsü ilə ötən əsrin 70-ci illərində yaradılmış “Dostluq parkı”nda və eləcə də Səbail RİH tərəfindən “Şıx” ərazisindəki yamacda salinan “Ekoloji park”ın ərazisindəki ağacəkmə aksiyası RİH başçısının müavini Abit Əliyevin və YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin, rayonunun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin, YAP üzvlərinin, yüzlərlə insanın iştirakı ilə keçirilib.Keçirilən iməslikdə ümumilikdə 1000 ədəd yeni Eldar şamı, oluandr, kiparis, zeytun və s. ağacları əkilmiş, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilib. Ağacların normal inkişafı üçün gübrə gətirilib, onlara qulluq göstərilməsi və gündəlik suvarılması məsələləri həll olunub.“Şıx” ərazisində bu iməcliklərin keçirilməsi və burada böyük “Ekoloji park”ın yaradılması ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə səbaillilərin töhfəsidir.

sia.az

Digər xəbərlər