PDF Oxu

Sosial

  • 4 568

Vurğun-Köhnəqışlaq avtomobil yolu istifadədədir

Vurğun-Köhnəqışlaq avtomobil yolu istifadədədir

Ağstafa rayonunun cəbhə bölgəsində yerləşən dörd yaşayış məntəqəsini Vurğun qəsəbəsi ilə əlaqələndirən və uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inşaat-mühəndis işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə və orada yaşayan sakinlərə dövlət qayğısı daim yüksək diqqət mərkəzində saxlanılır. Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva mütəmadi olaraq cəbhə bölgəsində olur, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə baş çəkir, müvafiq obyektlərin açılış mərasimlərində iştirak edirlər. Cəbhə bölgəsində yaşayan sakinlər üçün yeni-yeni təhsil, səhiyyə ocaqları, körpələr evi-uşaq bağçaları inşa olunur, kommunal şəraitləri yaxşılaşdırılır, sakinlərin məşğulluğunun maksimum təmin etmək məqsədilə müvafiq tədbirlər görülür, o cümlədən kənd təsərrüfatına yararlı torpaq sahələrindən daha səmərəli istifadə olunması üçün lazımi şərait yaradılır.Tədbirdə çıxış edən Tatlı kənd sakini Məmməd Məmmədov, Köhnəqışlaq kənd sakini Sehrəddin Hüseynov və digərləri qeyd ediblər ki, ölkə başçısının güclü dəstəyini və qayğısını daim hiss edir, onların sosial müdafiəsini gücləndirmək, həyat və güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirlər icra olunur. Sonda avtomobil yolunun açılışını ifadə edən rəmzi qırmızı lent kəsilib və yola baxış keçirilib.Qeyd olunub ki, yolun eni 12 metrdir və 3-cü texniki dərəcəyə uyğun tikilib. Tikinti işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılıb. Yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.Qeyd edək ki, ümumi uzunluğu 15,5 kilometr olan Ağstafa–Köçəsgər və Eynallı-Qırılı avtomobil yolları da istifadəyə verilib. Bildirilib ki, 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolları iki hərəkət zolaqlıdır və yollara 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib, müvafiq yol nişanları və məlumatverici lövhələr qoyulub, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
AZƏRTAC

Digər xəbərlər