Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Turizm Şurası haqqında Əsasnaməyə uyğun olaraq turizm sahəsində təhlükəsizlik tədbirlərinin görülməsi, bu sahə üzrə müşahidə edilən problemlərin təhlil edilərək qarşısının alınması, digər ölkələrin təcrübəsindən yararlanmaqla təhlükəsizlik üzrə yeni standartların yaradılması və beynəlxalq göstəricilərə uyğunlaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılmış “Turizm sahəsində təhlükəsizlik” İşçi Qrupunun ilk iclası keçirilib.SİA-nın məlumatına görə, işçi qrupun iclasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Dəmir Yolları” QSC, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər qurumların nümayəndələri iştirak edib.Adıçəkilən işçi qrupun iclasını Turizm şöbəsinin müdiri Aydın İsmiyev açıq elan edərək Turizm sahəsinin qeyri-neft sektorunun inkişafında rolu, ölkəmiz üçün əhəmiyyəti, dövlətin bu sahəyə diqqət və qayğısı və s. barəsində məlumat verib həmçinin, ölkəmizdə turistlərin sayında müşahidə olunan artım tempini nəzərə alaraq turistlərin təhlükəsizliyinin təmin edilməsi məsələsinin ön plana alınmasını xüsusilə diqqətə çatdırıb.İclasda yerləşdirmə obyektlərində təhlükəsizliyinin təmin olunması, milli parklarda, dağ və meşə ərazilərində turistlər üçün marşrutların yaradılması və marşrutlar boyu yol nişanlarının quraşdırılması, nəqliyyat sahəsi üzrə təhlükəsizliyinin təmin olunması və bir sıra mühüm məsələlər işçi qrupun müzakirəsinə təqdim edilib, dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq fikirlər səsləndirilib.İclasın yekunu olaraq müzakirəyə çıxarılan məsələlərin həlli istiqamətində dövlət qurumları tərəfindən rəy və təkliflərin verilməsi, həmçinin bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılmasına dair qərarlar qəbul edilib.
sia.az