PDF Oxu

Sosial

  • 5 505

YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının üzvləri Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailələrini ziyarət ediblər.

Təşkilatın bir qrup partiya fəalları Tərtər şəhər sakini, şəhid Hacıyev Qubad Cəmil oğlunun və rayonun Dəmirçilər kənd sakini, şəhid İsmayıllı Şamil Kamil oğlunun ailələrini ediblər. YAP Tərətər rayon təşkilatının sədri Ramiz Şabanov ziyarət zamanı xalqımızın belə qəhrəman oğullarımızla fəxr etdiklərini, torpaqlarımızın qorunması uğrunda canından keçən bütün şəhidlərimizin hünərinin hər bir gəncə örnək olması və hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanlarını tanımasının vacibliyini qeyd edib.

R.Şabanov onu da vurğulayıb ki, şəhid və qazilərimizin problemlərinin həlli daim dövlətin diqqət mərkəzində olub: “Həmişə ölkəmizdə hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər”. Təşkilat üzvləri, həmçinin ailənin problemləri ilə maraqlanıb və bəzi problemlərin həlli üçün köməklik göstəriblər.

Şəhidin ailəsi böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq ediblər.

Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.

Qeyd olunub ki, şəhid Qubad Hacıyev Cəmil oğlu ölümündən sonra “Suqovuşanın azad olunması uğrunda” və şəhid Şamil İsmayıllı Kamil oğlu şəhidlik zirvəsinə ucaldıqdan sonra “Suqovuşanın azad olunması uğrunda” medallarına layiq görülmüşlər.

R.HÜSEYNOVA

Digər xəbərlər