PDF Oxu

Sosial

  • 3 478

YAP nümayəndələri Qalibin 10 yaşını təbrik edib

YAP nümayəndələri Qalibin 10 yaşını təbrik edib

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakini olmuş, Vətən Müharibəsi şəhidi əsgər (MAHHXHQ) Yarıyev Elsevər Qalib oğlunun ailəsini ziyarət ediblər. SİA xəbər verir ki, Vüqar Seyidov təşkilat adından şəhidin 10 yaşı tamam olan oğlu Qalibi doğum günü münasibətilə təbrik etmiş, ona hədiyyələr təqdim edib.

Ailənin qayğıları ilə maraqlanan təşkilatın sədri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Şəhid Elsevər Yarıyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər