Yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 25,1 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, həmçinin xarici ölkələrə səfər edən vətəndaşlarımızın 68,6 faizi hava, 6,3 faizi isə dəniz nəqliyyatına üstünlük verib.