PDF Oxu

Sosial

  • 2 047

Təlim proqramına start verilib - FOTOLAR

Təlim proqramına start verilib - FOTOLAR

“İrəli” İctimai Birliyi gənclərin siyasi, iqtisadi vəhumanitar sahələrdə biliklərini artırmaq, onların hərtərəfli inkişafı və maarifləndirilməsinə dəstək olmaq, o cümlədən, ölkə gəncliyinin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədi ilə müxtəlif növ tədbirlər həyata keçirir. SİA xəbər verir ki, birliyin təşkilatçılığı ilə baş tutan “Gənclərin Siyasi Savadlılığının Artırılması” layihəsi çərçivəsində təlim proqramına start verilib. Proqram boyuncaümumilikdə 20 nəfər gənc 10 fərqli mövzuda nüfuzlu dövlət və ictimai xadimlərin iştirakı ilə vörkşoplarda,müxtəlif növ siyasi nəzəriyyə və diskussiya formatında seminarlarda iştirak edəcəklər.

​Layihənin əsas məqsədi gənclərin siyasi və diplomatik sahədə biliklərinin artırılması istiqamətində töhfələr vermək, beynəlxalq layihələrdə və tədbirlərdə ölkəmizin təmsilçiliyində daha hazırlıqlı olmasına kömək etmək və onların qərar qəbulu prosesində iştirakçılığına nail olmaqdır.

​Xatırladaq ki, təşkilat tərəfindən bu istiqamətdə indiyədək “Gənclərin Simulyasiya Akademiyası”, “Nəzər Nöqtəsi”, “Virtual Məkanda Azərbaycan” layihələri çərçivəsində gənclərin müxtəlif mövzularda həm özəl, həm də dövlət sektorunda qarşılaşa biləcəyi problemlərin simulyasiya oyunları şəklində müzakirəsi təşkil edilib, rəqabətədavamlı və Azərbaycan reallıqlarına dərindən hakim olan gənclərin yetişdirilməsi məqsədilə müxtəlif mövzularda təlimlərin keçirilməsi təmin edilib.

​“İrəli” İctimai Birliyi bundan sonra da ölkədərəqabətədavamlı gəncliyin formalaşması və gənclərin hərtərəfli inkişafı sahəsində tədbirlərini davam etdirəcək.

Digər xəbərlər