PDF Oxu

Sosial

  • 2 033

Veqanlıq prinsipləri nələrdir və onlar NECƏ QİDALANIRLAR? - QİDA TEXNOLOQU AÇIQLADI

Veqanlıq prinsipləri nələrdir və onlar NECƏ QİDALANIRLAR? - QİDA TEXNOLOQU AÇIQLADI

“Veqanlar, ümumiyyətlə heyvan mənşəli qidalardan yağlardan, geyimlərdən hər zaman uzaqdırlar və onların həyat tərzi belədir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

“Elə veqanlar var süd məhsulları yemir, elə veqanlar da var ki, ancaq balıq əti yeyir, veqanların qidalanması cürbəcürdür. Veqanlar nəinki heyvan mənşəli qidalar, eyni zamanda heyvan mənşəli geyimlərdən belə uzaqdırlar. Ona görə də veqanlara ineksiya yolu ilə B12 vitamini vurulur və yaxud onlar çox vaxt göbələkdən istifadə edirlər. Bəzən deyirlər ki, göbələkdə B12 vitamini var. Lakin göbələkdə olan bu vitamin insan orqanizmində lazımi qədər yoxdur. Ümumiyyətlə ət məhsullarının istehlakı miqdar həddini aşmamaq şərti ilə insanlara lazımdır və nəinki orada B12, hətta mioqlabin də əzələlərə oksigeni daşıyan bir piqmentdir. Bunun həm qana, həm də ürəyin fəaliyyətində böyük rolu var. Düşünürəm ki, veqanların həyat tərzi belədir və onlar alışıblar. Onları tənqid etmək, irad bildirmək düzgün deyil. Lakin normal insanlar “mən veqan olmaq istəyirəm” desələr, bu artıq onlar üçün fəlakət olar. Çünki, “veqanam” deyib ətlərdən imtina etmək, gələcəkdə insan orqanizmində qan azlığına və bir sıra fəsadlara gətirib çıxara bilər. Ona görə də qırmızı ət məhsullarının istehlakı həftədə 2 dəfə vacibdir. Eyni zamanda qaraciyər də yeyilməlidir və qaraciyər qanda B12 vitamini, mioqlabini təmin edir”.

Digər xəbərlər