2022-ci ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 4 milyard 675,9 milyon manat təşkil edib.
SİA xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər 465,8 manat olub.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 4 milyard 194,2 milyon manatlıq vəsait qalıb.
2021-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3163,8 manat, qeyri neft-qaz sektorunda 683,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manat olub.