PDF Oxu

Sosial

  • 4 747

Heyvana baş daşı qoymaq düzgündür? - VACİB MƏQAMLAR - DİN XADİMİ AYDINLIQ GƏTİRDİ

Heyvana baş daşı qoymaq düzgündür? - VACİB MƏQAMLAR - DİN XADİMİ AYDINLIQ GƏTİRDİ

Bir neçə gün öncə sosial şəbəkələrdə yayılan məlumatlara görə Azərbaycanda pişiyə məzar daşı qoyulub. “Masya” adlı pişik öldükdən sonra Sumqayıt qəbiristanlığında dəfn olunub. Ümumiyyətlə heyvanlara məzar daşının qoyulması halı dinimizdə necə qarşılanır?

SİA məsələ ilə bağlı Azərbaycan İlahiyyat İnustutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyevin fikirlərini öyrənməyə çalışıb: "İslamda heyvanlara qulluq etmək bəyənilən əməllərdəndir. Hətta ev sahibinə çox faydası dəyən ev heyvanları öldükdə onlar qurda-quşa yem olmasın deyə basdırıla bilər. Amma heyvana baş daşı qoymaq lüzumsuz işdir və islamda belə adət yoxdur".

Arzu Qurbanzadə

Digər xəbərlər