İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “İslahat Könüllüləri” Təşkilatının yeni saytının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində peşəkar kadr ehtiyyatının formalaşması və insan kapitalının inkişafı prioritet məsələlərdən biridir. “İslahat Könüllüləri" Təşkilatının rəhbəri İsmət Vaqifzadə bildirib ki, eyni zamanda, gənclər arasında innovativ və texnoloji yeniləşmə, modernləşmə əsas hədəflərimizdəndir. Belə ki, Azərbaycan beynəlxalq hesabatlarda müxtəlif sahələr üzrə rəqəmsallaşma göstəricisinə görə dünyada öndə gedən ölkələrdəndir.
sia.az