PDF Oxu

Sosial

  • 3 823

“Günərzi yay istirahət düşərgəsi” layihəsinə start verilib

“Günərzi yay istirahət düşərgəsi” layihəsinə start verilib

Gəncə şəhərinin Hacıkənd qəsəbəsində gənclərin “Günərzi yay istirahət düşərgəsi” layihəsinə start verilib.SİA AZƏRTAC-a istinadən xəbər verir ki, düşərgəyə şəhid və qazi ailələrindən 10-16 yaş aralığında olan 20 nəfər yeniyetmə uşaq cəlb olunub.Düşərgədə yeniyetmələr gündəlik proqrama uyğun olaraq, əyləncəli və maraqlı vaxt keçiriblər. Burada onlar üçün inkişafetdirici (“Zəka”, “Vitaminlər”, “Top oyunu”,” Abidələr “, “Puzzle” və s.) və idman oyunları (voleybol və şahmat) təşkil olunub, istedadlı yeniyetmələr vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.

sia.az

Digər xəbərlər