PDF Oxu

Cəmiyyət

  • 2 920

Azərbaycandan xaricə uçuşların sayı 17 % artıb

image

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 43 ölkəyə 24 335 aviareys təşkil olunub. SİA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ölkə (22,8 %) və 3 573aviareys (17,2 %) çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 7 067 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 10,2 % çoxdur.

11 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 5 405 reys olub ki, bu da illik müqayisədə 4,1 % çoxdur.

İlk üçlüyə 2 880 reyslə (+32,7 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 852 (+ 23,4 %), Qazaxıstan 788 (+ 5,6 %) , Səudiyyə Ərəbistanı 765 (- 9,5 %), Hindistan 603 ( + 3,3 dəfə), Qətər 534 (+ 54,7%), Özbəkistan 393 (- 29,5 %) və Küveyt 377 (+ 8,3 %) daxil olub.

İndiyə qədər ilk 10-luqda olan İsrail (332aviareys, + 10,2 %) 12-ci yerə düşüb, bu ölkənin yerinə siyahıya Hindistan daxil olub.

Təkcə noyabrda isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 6,7 % artaraq 2 067 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 547 reys təşkil olunub ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 7,4 % azdır.

Digər xəbərlər

Uşaqlarda allergiyanı soyuqdəymədən necə ayırd etmək olar..?

Səhv diaqnoz düzgün olmayan müalicəyə gətirib çıxarır ki, bu da sağlamlığa zərər verə bilər...

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...