PDF Oxu

Cəmiyyət

  • 913

Kişi sonsuzluğu: nəsilartırmada 54 % azalma var

image

Alimlər son 50 ildə kişilərin orta testosteron səviyyəsinin iki dəfə azaldığını bildirirlər.

Çərşənbə axşamı Londonda keçirilən Avropa İnsan Reproduksiyası və Embriologiyası Cəmiyyətinin illik toplantısında təqdim olunan məlumatlara görə, kişilərdə ümumi testosteron səviyyəsi 1972-2019-cu illər arasında 54% azalıb.

Sonsuzluğa səbəbin piylənmə və diabetin də rol oynadığı deyilir, lakin araşdırmanı aparan komanda, müxtəlif məişət əşyalarında olan və endokrin sistemini pozan kimyəvi maddələr və qlobal istiləşmə kimi ətraf mühit amillərinin də azalmada vacib rol oynayan amillər ola biləcəyini deyir.

"Düşünürəm ki, kişilərin reproduktiv sağlamlığında böyük bir böhran yaşayırıq və hazırda buna kifayət qədər diqqət yetirilmir", deyə İsrailin İbrani Universiteti-Hadassa Braun İctimai Səhiyyə və İcma Tibb Məktəbinin professoru Hagai Levine bildirib.

"Bu müddət ərzində ümumi testosteronun 50%-dən çox azalmasını gördük", deyə i əlavə edib. “Bu, hər il 1%-dən çox azalmanı əks etdirir, ona görə də bu, təsadüfi deyil, statistik səhv deyil. Bu, çox güclü bir tendensiyadır.”

Bu tapıntılar kişilərin məhsuldarlığının azalıb-azalmadığı və bunun səbəbi ilə bağlı geniş yayılmış müzakirələrə əhəmiyyətli bir töhfə kimi qəbul ediləcək. Sperma sayının son 40 ildə kəskin şəkildə azaldığını müəyyən edən eyni qrupun əvvəlki araşdırmaları da ictimaiyyətin diqqətini cəlb etdi və ABŞ səhiyyə katibi Robert F. Kennedi bu yaxınlarda kişilərin məhsuldarlığının azalmasını “ekzistensial problem” kimi təsvir etdi.

Lakin, bu iddialar elmi ictimaiyyətdə mübahisəli olub. London İmperial Kollecində və reproduktiv endokrinologiya üzrə məsləhətçi olan professor Çanna Jayasena testosteronla bağlı son müşahidələrin “vacib bir reallıq yoxlaması” kimi təqdim olduğunu söyləyir: “Bu tədqiqatların tarixin bir neçə dövründə aparılması məni həqiqətən inandırır ki kişilərin reproduktiv sağlamlığı azalır və zamanla daha azalmağa doğru gedir.”

Kişi testosteronu ilə sağlamlıq arasındakı əlaqə ikitərəfli və mürəkkəbdir. Testosteron sperma istehsalını, cinsi istəyi tənzimləyir, əzələ kütləsinin, sümük sıxlığının artmasına kömək edir və əhval-ruhiyyədə, enerji səviyyələrində və maddələr mübadiləsində rol oynayır. Artıq bədən yağının testosteronun estrogenə çevrilməsini artırdığı piylənmə problemi zamanla testosteronun aşağı düşməsinə səbəb ola bilər.

Sözügedən meta-analiz, hər biri ən azı üç fərqli zamanı əhatə edən 6 uzunmüddətli tədqiqatı ümumiləşdirib. Bütün tədqiqatlar 1972-ci ildən 2019-cu ilə qədər İsrail, ABŞ, Braziliya, Finlandiya və Danimarkadan olan 118.593 nəfərin məlumatlarını əhatə edirdi. Tədqiqatların hər biri, ayrı-ayrılıqda, testosteron səviyyəsində azalma aşkar edib. Məlumatlar birləşdirildikdə, ümumi azalmanın 54% olduğu təxmin edilib və azalmanın 2000-ci ildən sonra sürətləndiyi görünür.

Mançester Universitetinin andrologiya professoru, araşdırmada iştirak etməyən professor Allan Pacey, kişilərdə testosteronun aşağı olması ilə bağlı yayılan xəbərlərlə bağlı narahatlığın sosial mediada süni testosteron əlavələrinin artan təbliğatı olduğunu söylədi.

"Təbliğ edilən həll yolu qalıcı deyil, bir kişiyə süni formada dərmanları versəniz, onun sperma istehsalını dayandırmış olursunuz." deyə professor bildirib.

Digər xəbərlər