PDF Oxu

Cəmiyyət

  • 422

Səhər saatlarına olan faktiki hava

image

Milli Hidrometeorologiya Xidmətinin fevralın 7-si saat 09:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxı, Neftçalada 20 m/s, Qobustan, Şirvanda 18 m/s, Şahbuzda 17 m/s-yə çatıb.

Düşən yağıntının miqdarı Astarada 32, Lənkəranda 17, Biləsuvarda 12, Tərtərdə 11, Beyləqanda 10, Ağdamda 8, İmişlidə 6, Cəfərxanda 5, Yevlax, Sabirabadda 4, Mingəçevir, Zərdab, Şəkidə 3, Mingəçevir, Oğuzda 2, Kürdəmir, Bərdə, Göyçay, Qəbələ, Qobustan, İsmayıllı, Ceyrançöl, Tovuz, Zaqatala, Balakən, Ağstafa, Naxçıvanda 1 mm-dək qeydə alınıb.

Dağlıq rayonlara qar yağır, yağan qarın hündürlüyü Lerikdə 50, Yardımlıda 25, Şuşa, Qubada 20, Kəlbəcər, Laçında 19, Xaltan, Xınalıqda 13, Şahdağda 10, Altıağacda 9, Xankəndində 7 , Qusarda 3, Gədəbəy, Şərurda 2, Altıağac, Daşkəsəndə 1 sm-dir.

Digər xəbərlər