Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ölkəsi Avropa İttifaqı ilə münasibətləri kəsməməlidir. "Səs" qəzeti xəbər verir ki, prezidentin Minsk Milli Hava Limanının əmək kollektivlərinin nümayəndələri ilə görüşündə dediyi kimi, Belarus “ilk növbədə Rusiya və Çinin hesabına yaşasa da, “yüksək texnologiyalı Qərbi” unutmamalıdır.
“Onlar bizim qonşularımızdır - Avropa İttifaqı. Onlarla münasibətləri itirmək olmaz”, - Belarus lideri bildirib. Lukaşenkonun qeyd etdiyi kimi, Minsk Aİ ilə münasibətlərə hazırdır, lakin öz maraqlarını nəzərə alır.
Avqustun əvvəlində Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Belarusun 38 vətəndaşı və üç şirkətinə sanksiya tətbiq edib. Sanksiyaların “Belarusdakı vəziyyətin ciddiliyi və Ukraynadakı münaqişəyə qarışması nəzərə alınaraq” tətbiq edildiyi iddia edilir.
Pekinin yeni bir problemi var...
Tarix Trampın tərəfində deyil...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün...