ABŞ dövlət katibi Antoni Blinken Soyuq Müharibədən sonra yaranan dünya nizamının bitdiyini deyib. SİA xəbər verir ki, bu barədə o, Cons Hopkins Universitetində mühazirə oxuyarkən deyib.Onun sözlərinə görə, onilliklər boyu davam edən nisbi geosiyasi sabitlik öz yerini Rusiya və Çin daxil olmaqla avtoritar qüvvələrlə artan qarşıdurmaya verib.“Hazırda yaşadığımız şey Soyuq Müharibədən sonra yaranmış dünya nizamının gücünün sınağından daha çox şeydir. Bu, onun sonudur, bir gecədə baş vermədi", - Blinken vurğulayıb.Dövlət katibi Rusiyanın Ukraynaya qoşun yeritmək qərarını BMT Nizamnaməsində təsbit olunmuş dünya nizamı üçün ən ciddi təhdid adlandırıb. Siyasətçi Çini dünya düzəninə ən ciddi uzunmüddətli təhdid kimi təqdim edib və onun fikrincə, dünyanın geosiyasi strukturunu dəyişmək üçün hərbi, diplomatik və iqtisadi imkanlara malikdir.
Belarus rəhbəri rusları Belarusda ev aldıqlarına görə təriflədi...
Burada bərabərlikdən söhbət gedə bilməz...
Belə görünür ki, populyar olmayan prezident opponentlərdən güzəşt əldə etməkdə çətinlik çəkəcək...
Cənubi Koreyanın geosiyasətdə düzgün etdiyi şeylər...
Donald Trampın həyat yoldaşı bildirib ki, ABŞ prezidenti bəzən “çox da müdrik olmayan” adamların əhatəsində olur...
Ukraynalılar artıq seçimlərini ediblər...
ABŞ prezidenti Putinlə görüşündən sonra zarafat hədəfinə çevrilib...