PDF Oxu

Dünya

  • 3 649

"Soyuq Müharibəyə doğru əmin addımlarla irəliləyirik''

image

ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarına münasibət bildirən Kreml sözçüsü Dmitri Peskov deyib:"Soyuq Müharibəyə doğru əmin addımlarla irəliləyirik''. SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın "Rossiya-1" telekanalına müsahibə verən Dmitri Peskov ABŞ-ın Almaniyada uzaqmənzilli qanadlı raketlər yerləşdirmə qərarını qiymətləndirib.

Sözügedən qərarla bağlı prosesləri izləyəcəklərini vurğulayan Dmitri Peskov deyib: "Almaniya, ABŞ, Fransa və İngiltərə Ukraynadakı münaqişələrdə birbaşa iştirak edir. Bütün bunlar ölkəmizi sıxışdırmaq və döyüş meydanında strateji məğlubiyyətimizi təmin etmək üçün edilir''.

Yaşanan olayların soyuq müharibənin əlamətlərini daşıdığını ifadə edən Dmitri Peskov deyib: "Soyuq müharibəyə doğru əmin addımlarla irəliləyirik. Bütün bunlar daha əvvəl də yaşanmışdı''.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov verdiyi açıqlamada ''ABŞ-ın qərarına hərbi cavab hazırlayacağıq" ifadələrini işlədib.

ABŞ və Almaniyanın verdiyi ortaq açıqlamaya görə, 2026-cı ildən etibarən Almaniyada "Tomahawk" qanadlı raketlər və digər uzaq mənzilli silahlar yerləşdiriləcək.

Digər xəbərlər

Çoxlu hərəkət var, elə deyilmi?

Ruslar nədənsə narazıdırlarmı?

“Yanukoviç hipertonik böhrandan əziyyət çəkir...”

Putinlə keçmiş Ukrayna prezidenti arasında əsas görüş açıqlanıb...

“Lukaşenko Belarusu Rusiyanın hərbi infrastrukturuna çevirir”...

Kreml Polşa, Litva və Latviyaya təzyiq göstərmək üçün ölkədən istifadə edə bilər...

Ukrayna Kremlin trollarını “söndürdü”

Putinin təbliğatına güclü zərbə...

WSJ: Skandinaviya bölünmüş dünyada çiçəklənir...

İsveç və Danimarka müdafiələrini gücləndirir və ABŞ-dan asılılıqlarını azaldır...

“Bu, bioloji silah sınağı ola bilər…”

Bir həkim Rusiyada vəba epidemiyasının arxasında nəyin dayana biləcəyini izah etdi…

Qərbin Lukaşenko ilə mübarizə aparmaq üçün bütün vasitələri var

. Bu sahədə məhdudiyyətlər təcavüzkarı tez bir zamanda dayandıra bilər...

“Putin rejimini xilas etmək üçün Trampın qarşısında özünü alçaldır”

Kreml ABŞ prezidentini məmnun etməyə və Rusiya elitasının dəstəyini qorumağa çalışır...