...İran prezidenti Məsud Pezeşkian Fransa lideri Emmanuel Makronla telefon danışığında İsrailin Livana hücumunun ciddi nəticələri ilə bağlı xəbərdarlıq edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri İSNA agentliyi yayıb.
...Əgər sionist rejim (İsrail nəzərdə tutulur) Livana hücum edərsə, böyük səhvə yol verəcək və bunun onun üçün ağır nəticələri olacaq.
Bunu Pezeşkian deyib. Onun sözlərinə görə, İsrail 75 ildən artıqdır ki, Fələstini işğal etdiyi bütün beynəlxalq normaları tapdalayıb.
Pezeşkian həmçinin Fransa ilə münasibətləri "dürüstlük və qarşılıqlı etimad əsasında" qurmağa hazır olduğunu bəyan edib. Öz növbəsində Makron Pezeşkianı prezident seçilməsi münasibətilə təbrik edib və İranla Avropa ölkələri arasında münasibətlərin, o cümlədən Fransa ilə ikitərəfli münasibətlərin yaxşılaşmasına ümid etdiyini bildirib.
Əli Babayev
Müharibə xərcləri artır...
Bu gün əsas sual yeni dünya nizamının qaydalarını və konturlarını kimin müəyyən edib formalaşdıracağıdır...
Əsir götürülmüş işğalçılar rus ordusunun gündəlik həyatı ilə bağlı şok faktlar danışdılar...
Əfsanəvi zabit onları sakit qalmağa çağırdı...
Bu dəfə təkcə sanksiyalar kifayət etməyə bilər...