Elm və texnologiyanın sürətli inkişafı dünyanın mənzərəsini və bəşəriyyətin həyatını kəskin dəyişir. Texnoloji dəyişiklik elə sürətlə gedir ki, bunu izləmək belə mümkün deyil. Son hesablamalara görə, mövcud elm hər 3 həftədə 2 qat artır. Bu nəhəng elmi, texnoloji yeniliklər “patok”u insanları informasiya bombardmanına məruz qoyur. Belə bir şəraitdə həyat təbiliyindən çıxır, insanların həyatı robotlaşır, qidası süniləşir, fiziki aktivliyi minimuma enir, psixoloji yüklənməsi maksimuma çatır.
Beləliklə, yaşamaq, inkişaf etmək, həyatda yer tutmaq uğrunda amansız mübarizə daha da şiddətlənir. İndi cəmi 50-60 il əvvəlki kimi savadlı adam oxuyub yazmağı, vurma cədvəlini bilmək sayılmır. İndi intellektual sayılacaq adam çoxşaxəli nəhəng elmi informasiya bazasına, hərtərəfli analiz qabiliyyətinə və müstəqil araşdırma imkanlarına malik olmalıdır. Bununla yanaşı, mövcud qlobal təhsil sistemi robot yetişdirmək üzərində qurulub- belə ki, insanlar tək bir sahə üzrə biliklər əldə etməli və gücə-gündüz yalnız o sahədəki yenilikləri izləməklə məşğul olmalıdır ki, uğur qazana bilsin. Məsələn, diş həkimisənsə, sənin dünyan dişdən ibarət olmalıdır. Səninlə ədəbiyyatdan, fizikadan, siyasətdən, idmandan danışmaq mümkün deyil. Amerikada formalaşdırılmış bu sistem effektli bir təhsil sistemi kimi oradan dünyaya ixrac edilir.
Normalda isə insan bir sahədə mükəmməl biliklərə malik olmalı, lakin bununla yanaşı bütün sahələrində də müəyyən biliklərə malik olmalıdır. Çünki insan robot deyil, hərçənd bəzi qlobal qüvvələr bəşəriyyəti robota çevirməyi hədəf qoyublar.
4-cü sənaye inqilabının başa çatmaqda olması nəticəsində robotlar, avtomatik texnologiyalar insanları əvəz edir, onların işini əlindən alır, onları tənbəlləşdirir, düşünməyə, yaradıcılığa imkan qoymur. Artıq süni intellekt sizin əvəzinizə rəsm əsəri də çəkir, dissertasiya da yazır, araşdırma da aparır, mahnı da qoşur, şeir də yazır və s.
Kommunizm nəzəriyyəsində deyilir ki, elmi-texniki inqilab nəticəsində insanların yerinə robotlar işləyəcək və insanlar yalnız elm, təhsil, idman, yaradıclıq işləri ilə məşğul olacaqlar. Lakin qlobal kapitalizm belə düşünmür, çünki onun üçün hər şey gəlir və pul üzərində qurulub. Texnikalar yaradıldıqca insanlar işdən atılır, çünki 5 işçinin işini 1 robot həyata keçirir. Həmin işçilər isə mədəni, humanitar sahələrdə işlə təmin olunmurlar, onlar lazımsız əşya kimi kənara atılır. Hələlik qlobal inqilab baş verməsin deyə, onlara minimal sosial yardım təyin edirlər. Lakin qlobalist transhumanistlər açıq bəyan edirlər ki, planetdə bu qədər insana ehtiyac yoxdur, onların sayı kəskin azaldılmalıdır.
“Bunu necə etmək olar?” sualına cavab kimi isə, “heç də hamını güllələməyə ehtiyac yoxdur, doğumu azaltmaq (süni qidalar və dərmanlarla insanlarda müxtəlif xəstəliklər və sonsuzluq yaratmaq, cinsi azlıqların sayını artırmaq və ailə institutunu dağıtmaqla) və ömür müddətini azaltmaqla (virus və bəzi vaksinlərlə, müxtəlif xəstəlikləri artlrmaqla, ekologiyanı korlamaq və qidaları pozmaqla və sair bu kimi “humanist” metodlarla) təbii azalmanı təmin etmək olar” deyə cavab verirlər.
Hələlik, insanları real həyatdan virtual həyata keçirmək texnologiyaları inkişaf etdirilir. Metavors adlı virtual dünya yaradılıb və insanlara orada mal, mülk almaq, ev və ya bağ sahibi olmaq, müxtəlif fəaliyyətlər göstərmək imkanı yaradılır. Burada hətta bazar da təşkil olunub, bu şeyləri alıb sata bilirsiniz, “dünyanı gəzə bilirsiniz”, bir sözlə bu virtual cəhənnəmdə virtual olaraq yaşayırsınız.
İnsanlar artıq real ünsiyyətdən qaçır, virtual ünsiyyətə üstünlük verir. Təsəvvür edin, yay axşamı bir böyük binanın həyətində o binada yaşayan 500 nəfərdən 5 nəfərini görmək olmur, həm böyüklər, həm uşaqlar işdən, məktəbdən gələn kimi hərə öz smartfonunu götürüb başlayır virtual aləmdə “yaşamağa”.
Qlobal terror 2 ana istiqamətdə aparılır- mənəvi-psixoloji və fiziki-bioloji.
Mənəvi-psixoloji terror media, kino sənayesi, ədəbiyyat, mədəniyyət, internet vasitəsilə aparılır və “Overton” pəncərəsi ilə dəyərlərin dəyişdirilməsi təmin olunur. Proses müasirlik, qadın azadlığı, uşaq azadlığı, cinsi azlıqların hüquqları, erkən evliliyə qarşı mübarizə kimi bəzəkli adlar altında aparılır. Pərdənin arxasında isə çox çirkin planlar həyata keçirilir. Televiziyalar, internet resursları, qeyri-hökumət təşkilatları, bəzi psixoloqlar, jurnalistlər, sosioloqlar və sair "ziyalılar" bu mənəvi deqradasiyanın təmin olunması üçün var gücləri ilə çalışırlar. Bu işlərə qlobal fondlardan milyardlarla dollar məbləğində qrantlar ayrılır.
Boşanmalar təşviq olunur, gənclərin evlənməyib həyatını ancaq karyeraya və əyləncəyə sərt etməsi təbliğ olunur, qadınların azadlıq adı altında azğınlığa sövq olunması təbliğatı aparılır. Onlara uşaq əvəzinə it, pişik gəzdirməyin daha müasir həyat tərzi olduğunu göstərir, alimləri yox, cah-cəlal içində yaşayan lütlənmiş müğənniləri, "uğur qazanmış" cinsi azlıqları kumir olaraq təqdim edirlər. Minillərlə formalaşmış dəyərləri saxta dəyərlərlə dəyişdirirlər.
Uşaqlar üzərində ayrıca işlənir- aqressiv komputer oyunları, subliminal mesajlarla dolu multfilmlər və sair psixtron təsir vasitələri tətbiq olunur. Müasir uşaqları artıq valideynləri yox, başqaları tərbiyə edir, onların psixologiyasını necə lazımdır formalaşdırırlar. Beləliklə, köhnə nəsillə yeni nəslin bağlarını qoparırlar. Ona görə, yeni nəsil gənclərin adını "Z" nəsli qoyublar. Z, latın əlafbasının son hərfi olaraq həm son təbii insan nəsli ifadəsini simvolizə edir, həm də "Zombi" sözünün baş hərfi olaraq zombiləşmiş nəsil deməkdir.
Bəli, butün bunlar bəşəriyyətə qarşı tam bir mənəvi-psixoloji terror proyektidir. Lakin, bu məsələnin yalnız 50 faizidir. Digər 50 faizi haqda da bir az danışaq.
Fiziki-bioloji terror qidalar, dərmanlar, iş, ekoloji vəziyyət və sair bu kimi sahələrdə aparılır. Təbii qidaların sıradan çıxarılaraq, geni dəyişdirilmiş qidalarla və süni kimyəvi məhsullarla əvəz olunması prosesi tam sürətlə gedir. Artıq meyvələr, tərəvəzlər yalnız zahiri cəhətdən özünə oxşayır, onların tərkibi, dadı, faydalılığı yoxdur, sadəcə forma kütləsidir. Eyni şey ət və süd məhsularına, bütün digər ərzaq məhsullarına da aiddir. Bir sözlə, artıq qida əvəzinə qidanın imitasiyasını qəbul edirik. İndi də, süni ət texnologiyası yaradılıb və laboratoriyalarda proqramlaşdırılış hüceyrələrdən yaradılmış bu qorxunc məhsulu ət əvəzinə insanlara təklif edirlər.
Paralel olaraq, təbii ətin bütün dünyada qiymətinin durmadan artması təşkil edilir. Bunun üçün dünyada heyvanların sayının azaldılması prosesi aparılır. Bəhanə də nə olsa yaxşıdır? Guya heyvanlar metan qazı buraxırmış və bu da havanı zəhərləyir, ozon qatını dağıdırmış! O qədər gülünc və xəstə bəhanədir ki, əslində bu haqda danışmağa belə dəyməz, amma biz bir-iki cümlədə vəziyyəti ifadə edək.
Atmosferi zəhərləyən yeganə faktor qlobal kapitalistlərin sərəncamında olan kimya zavodlarıdır ki, bütün dünyada olan heyvanlar birlikdə atomisferə tək bir zavodun buraxdığı qədər karbon və metan emissiyası buraxa bilməz. Aparılan nüvə sınaqları, hərbi sınaqlar, zərərli texnologiyaların istehsalı və sair bu kimi ekoloji terror elementlərini yığışdırmaq əvəzinə heyvanları qırmaq açıq şəkildə vəhşilikdir.
“Chemtrails” proyekti ilə təyyarələr vasitəsilə gözümüzün qarşısında bütün dünyaya zəhər səpməyi dayandırsalar, daha yaxşı olar. Bununla guya, stratosferdə xüsusi qat yaradacaq, Günəş şüalarını azaldacaq və qlobal istiləşmənin qarşısını alacaqlarmış. Bu, şeytanın ağlına belə gəlməyəcək qədər dəhşətli bioloji terror proyektlərindən yalnız biridir.
Saxta və ifşa olunmuş plandemiyalarla, texnogen vasitələrlə, psixotron terrorla, qida və dərman terroru ilə, ekologiyaya təcavüzlə, süni “təbii fəlakətlər” təşkil etməklə, insanların gen strukturunu, psixologiyasını, dəyərlərini dəyişdirməklə yaratmaq istədikləri “Yeni dünya nizamı” tam bir demonik plandır və bəşəriyyət buna qarşı mübarizə aparmalıdır.
Bəşəriyyətin ağciyərlərinə terrorla (COVİD virusu və sair analoji viruslar) dünyanın ağciyərlərinə terror (dünya meşələrinin qəsdən yandırılması) prosesi paralel aparılır. Və bütün bu terrorları aparan qüvvələr guya dünyada ekologiyanı qorumaq və insanların sağlamlığını təmin etməklə məşğul imiş. Bu, canavarın qoyunlar qarşısında vegetarian olmasını bəyan etməsi kimi bir şeydir.
Bu qlobal şeytanlar dəfələrlə ifşa edilməklərinə baxmayaraq (məsələn, AİDS virusunun süni yaradılıb qəsdən dünyaya buraxılması kimi) özlərini mələk donunda göstərməkdən çəkinmirlər. Dünyanın bütün maliyyə sərvətlərini, iqtisadi resusrlarını, elmi-texnoloji bazasını, siyasi və hərbi gücünü, kütləvi təbliğat vasitələrini əllərində cəmləşdirmiş bu qorxunc mafiya son vaxtlar planlarını heç gizlətmir də. Bu planlarını açıq şəkildə kitablarda yazır, kinolarda göstərir, öz medialarında təbliğ edirlər. Yəni, gizli heç nə yoxdur, hər şey açıq ortadadır- bəşəriyyətə qarşı elan olunmamış müharibə gedir. Bu müharibə haqda əsas məqamları və həyata keçirilən proyektləri əvvəlki yazımızda vermişik, buradan oxuya bilərsiniz (https://sesqazeti.az/news/world/1170096.html).
Bu mövzuda növbəti yazılarımızda həmin proyektlərin hər biri haqda bütün detalları ilə ayrıca yazacağıq. Yekun olaraq deyə bilərik ki, artıq insanlar real həyatdan virtual həyata keçirilir, təbii olanın əvəzinə onun süni imitasiyası ilə aldadılır. Və əksəriyyət bunu normal qəbul edir. Əvvəlki, təbii həyat tərzi lağa qoyulur. İstənilən bir zərərli şeyi yenilik adı ilə bir az reklam etməklə insanların beyninə, əlinə, mədəsinə, evinə “oturtmaq” mümkündür.
Bütün bunlar qlobal zombiləşdirmə planının tərkib hissəsidir. İdarə olunan biorobot kütləsi formalaşdırmaq. Bu qlobal terror o qədər güclü və hərtərəflidir ki, çox az adamın özünü qorumağa, normal halında dəyişmədən qalmağa gücü çatır. Bunun üçün, böyük informasiya bazasına, intellektual düşüncə tərzinə, analitik təfəkkürə malik olmaq tələb olunur. Kütlə psixologiyasını dərindən bilən, bu sahədə çox güclü tədqiqatlar aparıb kütlələri idarə etmə və istənilən kimi dəyişdirmə üsullarını tapan qüvvələrlə müqayisədə adi insanların özünü müdafiə etmə imkanları zəifdir. Lakin bunlardan yalnız birinə- düşünə bilmək qabiliyyətinə malik olmaq bu terrordan özünü qorumağa kifayət edəcək həddədir.
Dekart ona görə deyirdi ki, düşünürəmsə, varam”. Yalnız düşünə biən insan mövcuddur, beynindən istifadə etməyən, düşünə bilməyən adam həqiqəti görə bilmir, düşməni tanıya bilmir və o, məğlub olmağa məhkumdur. Döyüşmədyin müharibəni qazana bilməzsən. Çünki, necə deyərlər, döyüşən adam bəlkə məğlub ola bilər, amma döyüşməyənlər lap başdan məğlubdur.
Virtual həyatı rədd edib, real həyata dönməliyik, imitativ psixologiyadan qurtulmalıyıq. Beyinlərimizə, düşüncələrimizə sahiblik uğrunda döyüş gedir.
Bu döyüşdə uduzmağa haqqımız yoxdur!
Elçin Bayramlı
Qlobal miqyasda elektrik avtomobili satışları keçən il rekord həddə çataraq 17,1 milyona çatıb.