Amerikalı müğənni Teylor Sviftin Vyanada gözlənilən üç konserti ləğv edilib. Tədbirin təşkilatçısı Barracuda Music-in dediyinə görə, bu, Avstriyanın təhlükəsizlik orqanlarının müğənninin çıxış etməli olduğu stadionda mümkün terror aktı ilə bağlı məlumatlarına görə baş verib. Konsertlərin avqustun 8-i və 9-da baş tutması planlaşdırılırdı.
"Hökumət rəsmilərinin Ernst Happel stadionunda planlaşdırılan terror aktını təsdiqləməsi ilə əlaqədar hər kəsin təhlükəsizliyi üçün planlaşdırılan üç şounu ləğv etməkdən başqa çarəmiz yoxdur", - təşkilatçı rəsmi internet səhifəsində bildirib.
Avqustun 7-də Avstriya polisi Vyanada terror aktı planlaşdırmaqda şübhəli bilinən 19 yaşlı Avstriya vətəndaşını saxlayıb. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, onun diqqətinin obyekti Ernst Happel stadionunda Taylor Sviftin konserti olub. Polis həmçinin paytaxtdakı bütün konsertlərdə təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir.
AYSEL
Yerli məmurlar günah keçisinə çevrilir...
Onlar təhlükəli hesab edilib...
Ukrayna hava hücumları və bu sistemlərin məhv edilməsi Rusiyanın müdafiə sistemini zəiflədir…
Müttəfiqlər Ukrayna Silahlı Qüvvələrinin Afrikadakı hərəkətlərini bəyənirlər...
Əsas siqnallar kuryerlər vasitəsilə ötürülürdü...
Danışıqlar davam edir...
Deyirlər ki, ukraynalıların Liviyada artıq ən azı iki hərbi bazası var...
İrəvan strateji kursu ilə bağlı qərarını verib...
Keçmiş MKİ direktoru Ukraynanın uğurlarından danışıb...