Ukrayna prezidenti Vladimir Zelenski Prezident Aparatı rəhbərinin üç müavinini vəzifəsindən azad edib. O, müvafiq fərmanlar imzalayıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna OP-nin saytı yazıb.
Dövlət başçısının təsdiq etdiyi sərəncamlara əsasən, aşağıdakılar vəzifələrindən azad ediliblər:
OP rəhbərinin müavini Yuliya Sokolovskaya;
OP rəhbərinin müavini Aleksey Kuleba;
OP rəhbərinin müavini Nikolay Toçitski.
…Qeyd edək ki, onlardan ikisinin işdən çıxarılmasının səbəbi bəllidir. Bu gün Rada Aleksey Kulebanın baş nazirin yenidənqurma üzrə müavini - Ukraynanın icmaların və ərazilərin inkişafı naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib.
Bu arada Toçitski, parlamentin qərarına əsasən, mədəniyyət və strateji kommunikasiyalar naziri olacaq.
Sokolovskaya isə yeni vəzifə almayıb.
Əli Babayev
Müharibə xərcləri artır...
Bu gün əsas sual yeni dünya nizamının qaydalarını və konturlarını kimin müəyyən edib formalaşdıracağıdır...
Əsir götürülmüş işğalçılar rus ordusunun gündəlik həyatı ilə bağlı şok faktlar danışdılar...
Əfsanəvi zabit onları sakit qalmağa çağırdı...
Bu dəfə təkcə sanksiyalar kifayət etməyə bilər...