PDF Oxu

Dünya

  • 2 288

Tramp gizli şəkildə Ukraynaya nüvə silahı ötürə bilər

Bu, ABŞ prezidentinin “kozır”ına çevriləcək..?

Tramp gizli şəkildə Ukraynaya nüvə silahı ötürə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya və Vladimir Putini birdəfəlik əngəlləmək üçün nüvə silahını Ukraynaya ötürə bilər. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu fikri Britaniyanın təhlükəsizlik və müdafiə üzrə eksperti Nikolas Drummond Daily Express-ə bildirib.

Qeyd olunur ki, Trampın ABŞ seçkilərində qalib gəlməsi Ukraynada onun Rusiyaya qarşı mübarizədə amerikalılardan dəstək alıb-almayacağı ilə bağlı narahatlıqlara səbəb olub. Xüsusilə, Trampın Ukraynanı arzuolunmaz atəşkəsə məcbur edə biləcəyi ilə bağlı narahatlıqlar var, lakin Drummond hesab edir ki, geri qayıdan Tramp fərqli yanaşma tətbiq edə bilər.

...Növbəti dörd il ərzində Rusiya yenidən silahlanacaq, lakin Ukrayna da bərpa olunacaq, yenidən silahlanacaq və hazırlaşacaq. Bu hazırlıq ABŞ-ın Ukraynaya nüvə silahı ötürməsini əhatə edə bilər. Razılaşma çox sakit şəkildə həyata keçirilə bilərdi və Ukrayna birdən-birə çox güclü olacaqdı.

Zelenski deyə bilər ki, ...Bizim nüvə silahımız var və siz bizə hücum etsəniz, Moskvanı bombalayacağıq.

Bunlar ekspertin bölüşdüyü fikirlərdir.

O əlavə edib ki, nüvə silahının Ukraynaya ötürülməsi Trampın kozır kartı ola bilər.

…Bu, Trampın kozu ola bilər. Bir tərəfdən Ukraynaya nüvə silahı vermək ehtiyatsızlıq ola bilər, digər tərəfdən isə regionda sülh və güc balansını bərpa edə bilər, - deyə Drummond bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ bu cür silahları Ukraynaya ötürə bilər, eyni zamanda bu ölkənin NATO-ya qəbul edilməyəcəyini bəyan edir.

Əli Babayev

Digər xəbərlər

Avropa Putini göndərdi...
Avropa Putini göndərdi...

Heç kim fırıldaqçıya inanmır...

Kadırovu tənqid etmək olmaz, yoxsa...
Kadırovu tənqid etmək olmaz, yoxsa...

Çeçen lideri Rusiyanın digər bölgələrində yaşayan çeçenləri müharibəyə göndərməklə hədələyib...

Bunun üçün Putin istənilən güzəştə getməyə hazırdır
Bunun üçün Putin istənilən güzəştə getməyə hazırdır

Kreml danışıqlardan təsir dairələrini yenidən bölüşdürmək üçün istifadə etmək istəyir...

Abu Dabinin əsas intriqası...
Abu Dabinin əsas intriqası...

Noyabr danışıqlarının pərdə arxasında nələr baş verir...

Ukrayna gələcək müharibəsi üçün süni intellekt yaradır
Ukrayna gələcək müharibəsi üçün süni intellekt yaradır

Neyron şəbəkələri insan gözünün nəyi qaçırdığını görməyi öyrənir...

The Economist: Respublikaçı liderlər Trampdan uzaqlaşırlar...
The Economist: Respublikaçı liderlər Trampdan uzaqlaşırlar...

Seçkilərdəki məğlubiyyət Respublikaçıları iki yerə böldü...

FT: Putin və Tramp qısa bir müharibədə tələyə düşüblər...
FT: Putin və Tramp qısa bir müharibədə tələyə düşüblər...

İndi Si bundan hansı dərs çıxaracağına qərar verməlidir...