Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının Sədri Kim Çen In Rusiyaya səfər edə bilər. SİA xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın baş təhlükəsizlik müşaviri Ço Tae Yona istinadən məlumat yayıb.
Qeyd olunub ki, cari ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin və Kim Çen In hərbi-texniki əməkdaşlığı istisna etməyən Hərtərəfli Əməkdaşlıq Sazişi imzalayıblar.
Sənədin dördüncü maddəsinə əsasən tərəflərdən biri silahlı hücum nəticəsində müharibəyə cəlb edildikdə, BMT Nizamnaməsinin 51-ci maddəsini, habelə ölkələrin daxili qanunvericiliyini rəhbər tutaraq digər tərəf ona bütün mümkün vasitələrlə hərbi dəstək göstərməyi öhdəsinə götürür.
Sazişi noyabrın 9-da Rusiya, Şimali Koreya isə üç gün sonra ratifikasiya edib. Saziş ratifikasiya sənədlərinin mübadiləsi tarixindən qüvvəyə minir. Müqavilə qeyri-müəyyən müddətə qüvvədə olacaq.
Belə sistemlər adi freqatlardan min dəfə ucuz ola bilər...
Süni intellekt Amerikada siyasi mübarizə silahına çevrilir...
Donmuş Sibir kəndində necə yaşayırlar..?
ABŞ aralıq seçkiləri nədir?
Cakarta vətəndaşlarının Putin ordusuna cəlb edilməsinin dayandırılmasını tələb etdi...
Afrika Xarici İşlər Nazirliyi açıqlama verib...
Ekspert Tramp-ın Putinlə dizel müqaviləsini yüksək qiymətləndirdi...
Əsas ştatları Ohayo, Ayova, Alyaska və Texas olacaq...
Bu, Ukraynaya müharibəni bitirməyə kömək edə bilər...
Kreml bir neçə onilliklər ərzində ÇXR-ə sata bilməyən layihənin adını “Sibirin Gücü 2” -dən “Baykalın Gücü”nə dəyişdirmək qərarına gəldi...