Qarabağ Universitetində tələbə sayı 5 minə çatdırılacaq, universitetin fəaliyyətinə isə 51 milyon manat ayrılacaq. SİA Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.
Məlumata görə, 2024/2025-ci tədris ilindən etibarən universitetdə tələbə sayının 5 minədək artırılması və onların yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.
Qarabağ Universitetinin fəaliyyətinin 2027-ci ildə təmin edilməsi məqsədilə 51 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, cari illə müqayisədə 12 milyon manat və ya 30,8 faiz çoxdur.
Mətləb
Bir neçə yol var...
Bu, əvvəlki illə müqayisədə 104 min və ya 37 faiz çoxdur...
Ukrayna neft emalı zavodlarına yeni hücum kampaniyasına başlayıb...