Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, eləcə də Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
Regional idarənin rəisi Teymur Babazadənin, Lənkəran regional “ASAN xidmət” mərkəzinin direktoru Əmir Əfəndiyevin, həmçinin gənc könüllülərin iştirak etdikləri aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq sahələrinin genişləndirilməsinə dəstək olmaq, gənclərdə ekoloji məsuliyyət hissini gücləndirmək və onlara təbiətin qorunmasının vacibliyini aşılaması olub.
Aksiya çərçivəsində ağaclar əkilərək ətraf mühitin daha da gözəlləşdirilməsinə töhfə verilib. Bu təşəbbüs həm tarixi Zəfərimizin əziz xatirəsinə ehtiramın, həm də daha yaşıl və sağlam gələcək naminə göstərilən birgə səylərin ifadəsidir.
Tədbirdə o da bildirilib ki, Zəfərimiz qürurumuz, yaşıl gələcəyimiz isə ortaq məsuliyyətimizdir.
Tural Əliyev,
Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi
Ukrayna neft emalı zavodlarına yeni hücum kampaniyasına başlayıb...