YAP Lerik rayon təşkilatı tərəfindən xalqına, torpağına, milli dəyərlərə bağlı, cəfakeş, yüksək əxlaqi keyfiyyətlərə malik, el-obanın hörmətini qazanan, partiya sıralarında səmərəli fəaliyyəti ilə seçilən insanların yubileylərini qeyd etmək rayon sakinlərinin razılığına səbəb olur. Mənalı həyatını yalnız xeyirxah məqsədlərə, nurlu işlərə sərf edən Kamal Rəhmanovda Lerikdə yaxşı tanınır, gördüyü işlər sayəsində sayılıb-seçilir. Duru bulaq kimi bir insan olan Kamal Rəhimovun 65 yaşı tamam oldu. YAP Lerik rayon təşkilatının növbəti tədbiri məhz bu münasibətlə keçirildi.
Görüşdə Kamal Rəhimova əlamətdar yubileyi münasibətilə təbriklər çatdırıldı, ona möhkəm cansağlığı, uzun ömür və həyatının bundan sonrakı mərhələsində yeni uğurlar arzulandı. O da bildirdi ki, xeyirxahlıq, xoş əməllərə dəstək durmaq Kamal Rəhimovun həyat amalıdır. Bu dəyərli şəxsiyyət dövlətini çox sevir, adamları xoş və gözəl əməllərə səsləyir.
K. Rəhimov göstərilən diqqət və ehtirama, ünvanına deyilən səmimi təbriklərə, eləcə xoş arzulara görə tədbir iştirakçılarına dərin minnətdarlığını ifadə etdi. O, Yeni Azərbaycan Partiyasının ətrafında birləşən insanların səmimi münasibətinə yüksək qiymət verdi, həmçinin göstərilən diqqətə görə hər kəsə təşəkkürünü çatdırdı.
Görüşün sonunda Kamal Rəhimova 65 illik yubileyi münasibətilə Fəxri Fərman və qiymətli hədiyyə təqdim olundu.
Tural Əliyev,
Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi
Patentin dəyəri təşkilatlarda və fərdi sahibkarlarda çalışan əcnəbilər üçün ayda 11.000 rubla, fiziki şəxslər üçün isə...