Masallı rayonunun Kəlbəhüseynli kəndində boya-başa çatan, tariximizin şanlı səhifəsi olan 44 günlük Qarabağ müharibəsində yağıya qarşı mərdliklə vuruşub şəhidlik zirvəsinə ucalan Ziya Zahid oğlu Gözəlovun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, sektorun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
İştirakçılar şəhid Ziya Gözəlovun məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirəsini böyük ehtiramla anıblar. Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb.
Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Patentin dəyəri təşkilatlarda və fərdi sahibkarlarda çalışan əcnəbilər üçün ayda 11.000 rubla, fiziki şəxslər üçün isə...
Bəzi insanlar yatarkən, digərləri oyaq qalmaq məcburiyyətində qalırlar. Ancaq belə bir cədvəl fəlakətli ola bilər...