PDF Oxu

Sosial

  • 668

Moskvada 2 azərbaycanlı yol qəzasında ölüb

Moskvada 2 azərbaycanlı yol qəzasında ölüb

Rusiyada iki azərbaycanlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Moskva-Çelyabinsk magistral yolunun 1230-cu kilometrliyində, Severnı rayonunda baş verib.

İlkin məlumata görə, "Ford Fokus" markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı polis əməkdaşları araşdırma aparırlar.

Mətləb

Digər xəbərlər