PDF Oxu

Sosial

  • 842

Vətəndaşlar öz deputatından razılıq edirlər - FOTO

Vətəndaşlar öz deputatından razılıq edirlər - FOTO

Astara elində boya-başa çatan Rəşad Mahmudovu bütün Azərbaycan xalqı doğma, əziz adamı kimi tanıyır və ona böyük hörmət göstərirlər. Rəşad həkimin şəfalı əlləri neçə-neçə xəstəyə ikinci həyat bəxş edib. Ürəyinin genişliyi, ruhunun saflığı, xalqına və Vətəninə olan məhəbbəti, həkimlik peşəsinə ürəkdən bağlılığı həmişə ona nüfuz qazandırıb. Hazırda xalqın elçisi olmaqla da, üzərinə düşən məsuliyyəti vicdanla, sonsuz sevgi ilə yerinə yetirir. Rəşad həkim insanlara qarşı olduqca sadə, səmimi, mehriban və sədaqətlidir. Mənəvi dayaq durmağı, yaxşılıq etməyi bacaran, xalqının uğurlarına ürəkdolusu sevinən dəyərli bir şəxsiyyətdir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov Astara rayonunda növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı vətəndaşların sosial-məişət şəraiti, sağlamlıq problemləri, hüquqi məsələlər və digər mövzularla bağlı müraciətləri dinlənilib. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, əlavə araşdırma və müdaxilə tələb edən məsələlər isə nəzarətə götürülərək həlli istiqamətində tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.
Vətəndaşların müraciətlərinin diqqətdə saxlanılması, eləcə də qaldırılan problemlərin həlli istiqamətində işlər davam etdirilir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər