PDF Oxu

Sosial

  • 676

Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə - FOTO

Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə - FOTO

Dövlət başçısı İlham Əliyevin sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” müsabiqəsinin region turu təşkil olunub.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini təmsil edən 45 komanda və 135 şagird müsabiqənin region turunda iştirak edib.
Müsabiqə zamanı iştirakçılar Qərbi Azərbaycana məxsus tarixi-mədəni abidələrin üçölçülü maketlərini hazırlayıb, onların tarixi və memarlıq xüsusiyyətləri barədə məlumatlandırıcı təqdimatlarla çıxış ediblər.
Şagirdlər hazırladıqları maketlər və təqdimatlar vasitəsilə həm yaradıcılıq qabiliyyətlərini, həm də araşdırma bacarıqlarını göstəriblər. Bu cür təşəbbüslər gənc nəslin tarixi irsimizin öyrənilməsi, qorunması, eləcə gələcək nəsillərə ötürülməsi istiqamətində bilik və bacarıqlarının inkişafına mühüm töhfə verir.
Onu da bildirək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı sayəsində baş tutan müsabiqənin əsas məqsədi şagirdlərdə tarixi-mədəni irsimizə marağı artırmaq, onların yaradıcılıq və tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı şagirdlərin potensialını üzə çıxarmaqdır.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər