PDF Oxu

Siyasət

  • 639

Masallıda ağacəkmə aksiyası - FOTOLAR

Masallıda ağacəkmə aksiyası - FOTOLAR

Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib. Tədbir rayonun Ərkivan qəsəbəsində, Ərkivan–Allahyarlı avtomobil yolunun sağ və sol hissələrində baş tutub.
Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və icra hakimiyyətinin aparatı, ərazi nümayəndəlikləri, bələdiyyələr, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və müharibə iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbirdə çıxışı zamanı Zəfər Günü ərəfəsində ağacəkmə aksiyalarının təşkilinin artıq ənənə halı aldığını deyib, həmçinin payız mövsümünün ağac əkilməsi üçün əlverişli olduğunu, bu cür təşəbbüslərin ətraf mühitin qorunması, yaşıllıq sahələrinin artırılması və gələcək nəsillərə daha sağlam təbiətin ötürülməsi baxımından əhəmiyyətini bildirib. Rayon rəhbəri həm də “Masallı Zəfər qaçışı 2026” yarımarafonu marşrutu üzrə ağacların əkilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Çıxışdan sonra aksiya iştirakçıları ərazidə ağaclar əkib, onların suvarılması və torpağın bərkidilməsi işlərini həyata keçiriblər. Birgə əmək və yüksək fəallıq şəraitində keçirilən aksiya ərazinin yaşıllaşdırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına və Zəfər Gününün mənəvi ruhuna uyğun təşəbbüslərin təşviqinə töhfə verib.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov aksiya iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər