PDF Oxu

Sosial

  • 830

Yaradıcı təfəkkürün inkişafı istiqamətində maraqlı pedaqoji təcrübə - FOTO

Yaradıcı təfəkkürün inkişafı istiqamətində maraqlı pedaqoji təcrübə - FOTO

Cəlilabad rayonu Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 saylı tam orta ümumtəhsil məktəbində fənlərarası əlaqələrin gücləndirilməsi, müasir tədris metodlarının tətbiqi və şagirdlərdə yaradıcı təfəkkürün inkişafı istiqamətində maraqlı pedaqoji təcrübə ortaya qoyulub. Belə ki, Biologiya müəllimi Əlizamin Əliyev və Azərbaycan dili müəllimi Günel Əliyevanın birgə keçirdikləri inteqrativ dərsdə iki fənnin məzmunu qarşılıqlı əlaqələndirilərək vahid təlim prosesi çərçivəsində təqdim edilib.
Dərs zamanı müəllimlərin birgə fəaliyyəti və fənlərarası inteqrasiyaya yaradıcı yanaşma şagirdlərə bilikləri kompleks şəkildə mənimsəmək, müxtəlif fənlər arasında məntiqi əlaqələr qurmaq, eləcə öyrəndiklərini praktik fəaliyyətə tətbiq etmək şəraiti yaradıb. Müasir dövrün tələblərinə uyğun olaraq belə pedaqoji təcrübələr fərdi müəllim fəaliyyətindən birgə təlim və tədris fəaliyyətinə keçidi təşviq edir, fənlərarası əlaqələrin sistemli qurulmasına və şagirdlərin bilikləri vahid məntiqi çərçivədə mənimsəməsinə yeni imkanlar açır.
Məlum həqiqətdir ki, müasir təhsilin keyfiyyəti yalnız müəllimin ötürdüyü məlumatın həcmi ilə deyil, şagirdin düşünmək, araşdırmaq, əlaqələndirmək, eyni zamanda öyrəndiklərini tətbiq etmək bacarığı ilə ölçülür.
İnteqrativ dərsi Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşı Sübhi Rəcəbov, Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov, məktəbin metodistləri və fənn müəllimləri izləyib, tədrisdə səmərəli yenilik olan təcrübəni razılıqla qarsalayıblar.
Tural Əliyev, Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər