PDF Oxu

Dünya

  • 2 639

Çində üçüncü müdafiə naziri korrupsiyada şübhəli bilinir

Ən azı iki yüksək çinli məmur da istintaq altındadır.

Çində üçüncü müdafiə naziri korrupsiyada şübhəli bilinir

Çində müdafiə naziri korrupsiyada şübhəli bilinir. Ən azı iki yüksək çinli məmur da istintaq altındadır. SİA-nın məlumatına görə, bu barədə Financial Times xəbər verir.

ABŞ-ın hazırkı və keçmiş rəsmilərinə görə, Çin Xalq Azadlıq Ordusunda yüksək rütbəli hərbi komandirlərlə bağlı araşdırmalar dalğası davam edir.

Çinin hazırkı müdafiə naziri Donq Jun korrupsiyada şübhəli bilinir.

Qeyd edək ki, o, 2023-cü ilin dekabrında müdafiə departamentinin rəhbəri təyin edilib və iki il ərzində istintaqa cəlb olunan üçüncü müdafiə naziri olub.

Onun sələfi general Li Şanfu cəmi yeddi ay işlədikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

Bundan əvvəl keçmiş nazir general Vey Fenqe korrupsiyaya görə saxlanılıb və 2023-cü ilin martında istefa verib.

Nazirdən başqa, raket qüvvələrinə və nüvə silahı proqramına rəhbərlik edən ən azı iki yüksək çinli məmura qarşı istintaq başladılıb. Çin yüksək səviyyəli hərbçilərlə bağlı istintaqı şərh etməkdən imtina edir.

Əli Babayev

Digər xəbərlər

ABŞ-da texnokratların gücə təsirini müəyyən edəcək üç məsələ...
ABŞ-da texnokratların gücə təsirini müəyyən edəcək üç məsələ...

Süni intellekt Amerikada siyasi mübarizə silahına çevrilir...

“Kreml ölkəni “müharibə üçün daha bir ucuz muzdlu mənbəyə” çevirib”
“Kreml ölkəni “müharibə üçün daha bir ucuz muzdlu mənbəyə” çevirib”

Cakarta vətəndaşlarının Putin ordusuna cəlb edilməsinin dayandırılmasını tələb etdi...

Qana Putini geri çəkilməyə məcbur etdi?
Qana Putini geri çəkilməyə məcbur etdi?

Afrika Xarici İşlər Nazirliyi açıqlama verib...

“Bu yanlış məlumatdır”...
“Bu yanlış məlumatdır”...

Ekspert Tramp-ın Putinlə dizel müqaviləsini yüksək qiymətləndirdi...

ABŞ seçkilərində izlənməli olan altı amilin adı açıqlanıb
ABŞ seçkilərində izlənməli olan altı amilin adı açıqlanıb

Əsas ştatları Ohayo, Ayova, Alyaska və Texas olacaq...

Ekspert Rusiya Federasiyasını “Axilles dabanı” adlandırdı
Ekspert Rusiya Federasiyasını “Axilles dabanı” adlandırdı

Bu, Ukraynaya müharibəni bitirməyə kömək edə bilər...

Çin “Qazprom”u xilas etməkdən imtina etdi
Çin “Qazprom”u xilas etməkdən imtina etdi

Kreml bir neçə onilliklər ərzində ÇXR-ə sata bilməyən layihənin adını “Sibirin Gücü 2” -dən “Baykalın Gücü”nə dəyişdirmək qərarına gəldi...