PDF Oxu

Dünya

  • 10 010

Hələbdə qarşıdurmalar davam edir

image

Suriyada rejim qüvvələri ilə toqquşan rejim əleyhdarı silahlı qruplar Hələb şəhərinin kənar məntəqələrində bir kilometr məsafəyə çatıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, toqquşmalar ilk olaraq Hələb vilayətinin qərb çölündə ötən gün səhər saatlarında başlayıb və gün ərzində davam edib.

Hələbin qərbində 32 kənd və məntəqəni nəzarətə götürən silahlı qruplar ötən gün Hələb və İdlib əyalətlərində ümumilikdə daha 24 kənd və məntəqəni nəzarətə götürüb.

Rejim əleyhdarı qruplar Hələb şəhərinin kənar məntəqələrinə 1 kilometr yaxınlaşaraq, təxminən 400 kvadrat kilometr ərazini nəzarətə götürüb, həmçinin günün səhər saatlarında Hələb Neyrap Hərbi Hava Limanına pilotsuz təyyarələrlə hücum edib və bir helikopteri məhv ediblər.

Qarşıdurmalar davam edərkən, rejim qüvvələri qurudan-quruya silahlarla mülki yaşayış məntəqələrini hədəfə alıb.

Silahlı qruplar nəzarətə götürdükləri bölgələrdə rejimə məxsus ağır silahları, anbarları və hərbi maşınları ələ keçirib. Toqquşmalarda çoxlu rejim əsgəri ölüb, onlarla əsgər əsir götürülüb.

Bölgədəki qarşıdurmalardan qaçan 10 minə yaxın mülki şəxs İdlib çölünə sığınıb.

Hələbin şəhər mərkəzinə doğru şiddətlənən qarşıdurmalar davam edir.

Digər xəbərlər

Kremldə isteriya baş qaldırıb...

Putin vəziyyəti daha da ağırlaşdırır...

Svitan Rusiyanın NATO-ya hücumu üçün mümkün ssenarini təsvir etdi

Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...

Putinin “ölü əli”: Rusiya nüvə cavab zərbə sistemini canlandırdı

Ural dağlarında “Obyekt 1335” kimi tanınan gizli yeraltı hərbi kompleks genişləndirilib...

“Belarusdakı dəyişikliklər Rusiyanın məğlubiyyətinin açarı ola bilər”

Tarixçi Avropanın gələcək təhlükəsizliyi üçün üç şərt müəyyən etdi...

Ukraynalılar argentinalı muzdlunu əsir götürüb

Argentinalı “nayomnik” Liman yaxınlığında döyüşürmüş...

Putinə əsas zərbə ordudan gəlməyə bilər...

Kremlin reallığa qarşı müharibəsi məhvə məhkumdur...